AktualAktualIslamXəbər lentiXəbərlər

Təbrizin imam cüməsi Fitr bayramı münasibətilə Azərbaycan Respublikası xalqını təbrik edib

Təbrizin imam cüməsi Fitr bayramı münasibətilə bütün dünya müsəlmanlarını, xüsusilə də Azərbaycan Respublikası xalqını təbrik edib və Sepaha güc nümayişinə görə minnətdarlıq edib.
Qafqaz Mədəniyyət Mərkəzi –Təbrizdə Fitr bayramı namazına rəhbərlik edən höccətül-islam vəl-müslimin Məhəmmədəli Alihaşim Fitr bayramın münasibətilə bütün dünya müsəlmanlarını, xüsuilə də Azərbaycan və Türkiyə xalqlarını təbrik edib, onların namaz və oruclarının Allah dərgahında qəbul olunmasını arzu edib. O, Fitr bayramını və namazını İslamın böyük bayram və namazlardan olduğunu vurğulayıb.
İmam cümə deyib: “Ümidvaram ki, Allah bizi bu ayın bağışlanılmışlarından qərar versin və gələn ilin də bayramını dərk edənlərdən etsin”.
Xətib, Fitr bayramı namazında da cümə namazı kimi müsəlmanların problemləri və məsələlərinə işarə olunmasının vacibliyini vurğulayaraq bir sıra məsələlərə toxunub.
Vəliyyi-Fəqihin Şərqi Azərbaycan üzrə nüməyəndəsi Sepahın öz gücünü nümayiş etdirməsinə və düşmənlərə mesaj verməsinə də təşəkkür edərək deyib: “Raketlərin mesajı bu idi ki, İran İslam Respublikası öz təhlükəsizliyini qorumaq üçün qırmızı xətt tanımır və hər vaxt lazım olsa öz ölkəsini müdafiə edir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button