ArxivXəbər lentiXəbərlər

QAT işdən çıxarılan əlillərlə bağlı bəyanat yaydı

“Etibar Pirverdiyev Pezidenti və cəmiyyəti aldatmaqda davam edir”. Bu fikirlər, QAT-ın yaydığı bəyanatda qeyd olunur.

İslamazeri.az-ın verdiyi məlumata görə, Qarabağ Azadlıq Təşkilatı Mingəçevir Elektrik Stansiyasında işləyən əlillərin işdən çıxarılması barədə bəyanat yayıb. Bəyanatda deyilir: “Qarabağ Azadlıq Təşkilatı Mingəçevir İstilik və Elektrik stansiyasında çalışan Qarabağ əlilləri, veteranları və şəhid ailələrinin kütləvi surətdə işdən çıxarılması ilə bağlı Prezident İlham Əliyevə müraciət etmişdi. Bu gün Azərenerji ASC-nin mətbuat xidməti belə bir məlumat yayıb ki, guya həmin adamların heç biri işdən çıxarılmayıb. Mingəçevirdən bizə verilən məlumata görə isə, həmin adamların işdən çıxarılması ilə bağlı əmr və işdən çıxarılanların siyahısı müəssisənin lövhəsində asılıb və həmin şəxslərin hər birinə işdən çıxarılmaları ilə bağlı bildiriş göndərilib. Biz dövlət başçısı İlham Əliyevə bir daha müraciət edir, bu yalançı məmurların cəzalandırılmasını, zəhmət insanlarının haqlarının bərpa olunmasını xahiş edirik.”

Xatırladaq ki, Azərbaycanda manatın son devalvasiyasının ardınca ölkədə yaranan bahalıq az təminatlı ailələrin problemlərini daha da artırıb.

Dünya bazarında neftin qiymətinin xeyli ucuzlaşması Azərbaycanda iqtisadi problemlərin yaranmasına səbəb olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button