Islam

“Bəhreyn reyhanələri” qadınların müdafiəsinə qalxdı

Bəhreynin “Vifaq” cəmiyyəti Ali-Xəlifə rejimi tərəfindən hüquqları pozulan qadınlara dəstək məqsədilə “Bəhreyn reyhanələri” adlı bəyanatla çıxış edib.

Bəhreyn həbsxanalarında Ali-Xəlifə rejiminə qarşı etirazlarına görə həbs olunan qadınlara olmazın işgəncələr verilir.

Onlar uzunmüddətə ayaq üstə qalmaq, qolların qandallanması, öldürülməklə hədələnmək, dəyənəklə döyülmək, günlərlə yemək verilməmək, namaz qılmağa qadağa qoyulmaq, yatmağa icazə verilməmək və.s kimi işgəncələrə məhkumdular.

Bəhreynin “Vifaq” cəmiyyəti Ali-Xəlifə rejimi tərəfindən hüquqları pozulan qadınlara dəstək məqsədilə “Bəhreyn reyhanələri” adlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, rejim tərəfindən ölkə qadınlarına edilən haqsızlıqlar bütün hədləri aşıb. Müxtəlif bəhanələrlə qadın hüquqları kobud şəkildə pozulur. Bəhreyn həbsxanalarında olan qadınlar siyasi məhbuslardı. Nəfisə Əl-Əsfər, Reyhanə Müsəvi, Zeynəb Xacə azad fikirlərini ifadə ediblər, lakin terrorçu kimi həbs olunublar.

Qeyd edək ki, 2011-ci ildə Bəhreyn inqilabı başlayandan bu günə kimi 250-dən cox qadın həbs olunub ki, bunlardan da 30-u rejimin zorakılığı nəticəsində dünyasını dəyişib.

islamaz

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button