ArxivXəbər lentiXəbərlər

Suriyaya gedən azərbaycanlı Türkiyədə saxlanıldı

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qoşulmaq üçün Suriyaya getmək istəyən azərbaycanlı Ankaranın Esenboğa hava limanında saxlanılıb.

Qafqaz.ir  xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat verib.   Yayılan xəbərlərə görə, Ankara Polis İdarəsinin terrorla mübarizə idarəsinin əməkdaşları Azərbaycandan Ankaraya gələn təyyarədə İŞİD-ə qatılmaq üçün Suriyaya getməyi planlaşdıran şəxsin olduğu barədə məlumat alıb.

Polis əməkdaşları Esenboğa hava limanında 49 yaşlı azərbaycanlı Bəkir Qalibovu saxlayaraq, üzərində axtarış aparıblar.   Onun bağlamasından 17 müdafiə jileti, tibbi ləvazimat, dərman preparatları, şpris aşkar edilib. Şübhəli şəxs polis şöbəsinə aparılıb. Onun Azərbaycana deportasiya ediləcəyi bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button