Arxiv

Suriyada öldürülən bu Azərbaycanlının üzv olduğu terror qrupunu nəqədər tanıyırsız?

Suriyada Bəşər Əsəd hökumətinə qarşı vuruşan “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü, “Primorskiy Muhammed” ləqəbi ilə tanınan Azərbaycan vətəndaşı Bəşər Əsəd qüvvələri tərəfindən öldürülüb.

İraqda Əbu-Musəyyeb Əl-Zərqavinin öldürülməsindən sonra İraq və Şam İslam Dövlətinin adı hallandı və bu qrupun üzvləri həmin qrupun başçısı kimi Əbu-Bəkr Əl-Bəğdadiyə beyət etdilər.
Agah mənbələr təkid edirlər ki, bu şəxs Amerika və Ərəbistan casusluq orqanlarının muzdurudur.
Bir kəşfiyyat hesabatında yayılmış məlumata əsasən, Bəğdadi əslində Amerikanın əlindən çıxan məhsul olub, lakin bir müddət xidmətdən sonra öz xidmətlərini Ərəbistanın kəşfiyyat xidmətinə təqdim edib. Amerikanlar 2011-ci ildə Əl-Bəğdadi barədə dəqiq informasiya verəcək kəs üçün mükafat kimi on milyon dollar təyin edərək, onun daha artıq məşhurlaşmasına bais oldular.
Bu məlumatlara əsasən məlum oldu ki, Əl-Bəğdadi ilə Əl-Qaidənin başçılarından daha səkkiz nəfərin İraqın Əbu-Qurəyb məhbəsindən azad olunması öncədən planlaşdırılmış bir iş olub, zira bu zindanın müxtəlif nöqtələrindəki kameralarda qeydə alınmış bütün informasiyalar silinib və qıfılların sındırılması son dərəcə adi və sadə bir iş olub və güya onlar zindandan kənarda olub və əksəriyyəti Əl-Qaidə ünsürü olan 850-dən yuxarı məhbusu azad edə biliblər və bu şəxslər Suriyadakı İraq və Şam İslam Dövləti qruplaşmasına qatılıblar ki, firqə və tayfa fitnəsi alovunu şiddətləndirsinlər.
Agah mənbələrin bildirdiklərinə görə, sonralar Amerikanın Suriyada səfiri və ifratçı təşkilatlarla əlaqələrin yaradılmasında əli olmuş ABŞ-ın İraqdakı keçmiş səfiri- Robert Ford İraq və Şam İslam Dövləti qrupunun formalaşmasında böyük və təsirli rol oynayıbdır.
Bu reallıqlara əsasən, İraq və Şam İslam Dövləti qruplaşması öncədən İraqda mövcud olub və sonra Suriyaya qədər genişlənib. Suriya böhranı üçün siyasi həll yolunun güclənməsindən, xüsusən Amerikanın Suriyaya təcavüz planı uğursuz qalandan sonra silahlı qrupları dəstəkləyən ölkələr bu qrupları xilas etmək fikrinə düşdülər ki, özlərini müxalif adlandıran kəslərin məyus olmalarını bir təhər aradan qaldırsınlar, zira bu qruplar özlərinin Cenevrədə nümayəndəsi kimi vahid bir qrupun təşkili barədə razılığa gələ bilməyiblər.
Məhz elə bu zaman İraq və Şam İslam Dövləti qruplaşmasının adı Suriyada mövcud olan bir qrup kimi, eləcə də silahlı qrupların dəstəklənməsi üstündə ABŞ ilə Ərəbistan arasında ixtilafın üzə çıxmasından sonra Ərəbistanın İraq və Şam İslam Dövləti qruplaşmasının meydana gəlməsindəki rolu aşkar oldu. Lakin müxtəlif adlar altında Ərəbistanın himayəsi və Amerikanın köməyi ilə Suriyaya geniş surətdə terrorçuların göndərilməsi davam etməkdə idi.
Eyni zamanda unutmaq olmaz ki, Avropa ölkələri Suriyaya daxil olub, qırğın və qətl təcrübəsi ilə geri dönən minlərlə ifratçı vətəndaşının təhlükəsini yaxşı dərk edirlər və bilirlər ki, onların əlindən qurtarmaq “Azad Ordu” ilə döyüş üsulundan başqa mümkün deyil.

səhərtv.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button