ArxivXəbər lentiXəbərlər

Suriya XİN: “Davudoğlunun Suriyaya səfəri beynəlxalq hüququn və suverenliyin pozulmasıdır

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Suriyadakı “Süleyman Şah” türbəsini ziyarət edib.

Ə.Davudoğlunun Suriyaya qeyri-rəsmi səfər etməsinə reaksiyalar gəlib. Suriya xarici işlər nazirinin köməkçisi Feysəl Miqdad Ə.Davudoğlunun Suriyaya səfər etməsini beynəlxalq hüququn və suverenliyin pozulması kimi qələmə verib. Baş nazir Ə.Davudoğlunun “Süleyman Şah” türbəsini ziyarət etməsinə Şam rəhbərliyi də reaksiya göstərib. Davudoğlunun ölkəyə “sızdığını” söyləyən Suriya xarici işlər naziri köməkçisi F.Miqdad Türkiyə hakimiyyətini kəskin şəkildə qınayıb. F.Miqdad deyib ki, Davudoğlunun Suriyaya “sızması” ölkələrin suverenliyinə də zidddir. O, Ə.Davudoğlunun bu addımını Türkiyənin terror təşkilatlarına dəstək verməsiylə əlaqələndirib. Bildirib ki, Türkiyə hakimiyyəti atdığı bu addıma görə birbaşa məsuliyyət daşıyır: “Davudoğlunun ölkəyə “sızması” AKP hökumətinin Suriyanın müxtəlif bölgələrində terror təşkilatlarının verdiyi itkilərin üstünü ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Eyni zamanda, bölgədə yaşanan bütün qanlı cinayətlərdə Türkiyənin birbaşa əli olduğuna dəlildir” . Xatırladaq ki, ötən il seçki qabağı başda Əhməd Davudoğlu olmaqla AKP hakimiyyətinin rəsmiləri Suriya ərazisinə girməyəcəkləri barədə çıxışlar etmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button