AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Suriya İnsan Haqları Təşkilatı: Türkiyənin təhlükəsizlik şirkətləri suriyalı muzdluları Azərbaycana göndərdi

Suriya İnsan Haqları Təşkilatı adlı qurum çərşənbə günü Türkiyənin təhlükəsizlik şirkətlərinin suriyalı muzdluları Azərbaycana göndərməsi ilə bağlı iddia edib.

Qafqaz Həqiqətləri “Suriya İnsan Haqları Təşkilatının” informasiya agentliyinə istinadla xəbər verir ki, 530 nəfərdən ibarət suriyalı döyüşçü qrupu Türkiyə təhlükəsizlik şirkətlərinin vasitəsilə Azərbaycana gətirilib.

Bu xəbərə əsasən, Qarabağ döyüşündə iştirak etmək üçün indiyədək 850 xarici döyüşçü Azərbaycana köçürülüb.

Xəbərdə həmçinin vurğulanır ki, “Milli ordu” adlı suriyalı yaraqlılarından ibarət qrupun 3 üzvü Qarabağ döyüşlərində ölüb.

27 sentyabrda Ermənistan və Azərbaycan arasında döyüşlər başlayıb. Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayaraq Ermənistan qüvvələrinin əməliyyatı başladığını bildirib. Ermənistan baş naziri də hücumu başlayan tərəfin Azərbaycan olduğunu deyib.

Azərbaycan və Ermənistan qüvvələri arasında iyun ayında baş verən bir neçə günlük döyüşlərdən və hər iki tərəfin canlı itki verməsindən sonra Qafqazda söz müharibəsi və gərgin diplomatik hərəkətlər başladı. Bu olaylar iki ölkə arasında hərbi qarşıdurmanın proqnozunu verməyə imkan verirdi. İki ölkə bir neçə onillikdir ki, Qarabağa sahiblik üzərində münaqişəyə düçar olmuşdur.

Mənbə: İRNA

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button