ArxivIslamXəbər lentiXəbərlər

Sosioloqdan uşaq intharlarına çıxış yolu

Cavid İmamoğlu / sosioloq

Uşaqlara qarşı qəddar (zorakı) davranış – sosial epidemiyadır və nəticələri acınacaqlıdır, uşaq ölümü daxil.Niyə sosial epidemiya? Çünki, təkcə zədə alan uşağa tibbi dəstək və ya zorakılıq edən tərəfi məsuliyyətə cəlb etmək ilə bu problemin qarşısını almaq mümkün deyil. Burada mütləq adət və ənənələr, icma daxili qaydalar və ən yüksək səviyyə (nazirlik, hökumət və s) belə nəzərə alınmalıdır.Uşaqlara qarşı qəddar münasibətlə mübarizə üçün kompleks yanaşma ortalığa qoymaq lazımdır. Cəmiyyətin müxtəlif təsisatları mövqeyini bildirməlidir. Biz bu problemi aradan qaldırmaq üçün ən azından bu 3 istiqamətə diqqət ayırmalıyıq:– Qarşısı alınma tədbirləri: Uşaqlara qarşı zorakılığa şərait yaradan bütün risklər müəyyənləşdirilməlidir.– Hesabat vermə və cavabdehlik: Uşaqlarımızın təhsil və tərbiyə aldığı bütün müəssisələrdə uşaq müdafiəsi üzrə hesabat vermə və cavab tədbirləri prosedurları tətbiq edilməlidir.– Fəaliyyət: Baş vermiş hadisənin kəskin nəticələrinin dərhal aradan qaldırılması üçün çox-profilli komanda şəklində müdaxilə edilməlidir.Nəticə etibarı ilə:– Ölkədə uşaq müdafiəsinin təşkili üçün vahid mexanizm formalaşmadırılmalıdır. – Sahədə işləyən mütəxəssislərə dəstək olunmalıdır. Məsələn, məktəb psixoloqu hər hansısa bir zorakılığı qorxmadan aidiyyəti qurumlara bildirməsi üçün cəmiyyətin (bütün mütəxəssis və ictimaiyyətin, aidiyyəti qurumların) onun arxasında olduğunu hiss etməlidir.– Uşaqların fikirləri və düşüncələri nəzərə alınmalıdır. Biz uşaqları dinləməliyik. Onlar təhlükənin haradan gəldiyini daha yaxşı bilirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button