ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etdi

Sosial Şəbəkələr və Messencerlərin Peşəkar İstifadəçiləri Birliyi (APPSIM) “Twitter”, “Facebook”, “Instagram” və “Twitch”də hesabları bloklanan ABŞ Prezidenti Donald Trampa Rusiyanın sosial şəbəkələrinə keçməsini təklif edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Assosiasiyanın rəhbəri Vladimir Zıkov bəyan edib.

“Sizi “VKontakte” (vk.com) və ya “Odnoklassniki” (ok.ru) sosial şəbəkələrində hesablar yaratmağa dəvət edirik. Bunlar dünyanın ən yaxşılarından sayılan rusiyalı tərtibatçılar tərəfindən yaradılıb və Avropanın  ən böyük sosial şəbəkələrindəndir. Ayrıca alternativ olaraq “Telegram” messencerində (telegram.org) və ya ICQ-də (icq.com) qeydiyyat təklif edə bilərik”, – deyə qurumun nümayəndələri Trampa ünvanladıqları məktubda bildiriblər.

Zıkov həmçinin Assosiasiyanın əvvəlki sosial şəbəkələrdən bütün postlarının köçürülməsi, həmçinin hesabın verifikasiyası və yeni abunəçilərin cəlb edilməsi ilə bağlı Trampa kömək etməyə hazır olduqlarını əlavə edib.

O vurğulayıb ki, qanunvericiliyi pozmayan postların bloklanması demokratiya prinsiplərinə ziddir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button