ArxivSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Son üç ayın hekayəsi

Artıq Azərbaycanda azyaşlıdan tutmuş ahıla qədər bütün insanlar “2030-cu ilə qədər Azərbaycanda İslam aradan getməlidir” proqramı barədə danışır. Təbii olaraq hər kəs bilir ki, bu artıq son nəfəslərini verməkdə olan sionist rejimin əziz xalqımıza qarşı hazırladığı xüsusi bir plandır.
2020-ci ildən qüvvətlənməyə başlamış bu plan cari ilin ikinci ayının əvvəllərindən daha da sürətlənib. Belə ki, İranın Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərinin sakini Yasin Hüseynzadə adlı İran azərbaycanlısı Azərbaycan Respublikası vətəndaşı olan həyat yoldaşının evdən çıxaraq Azərbaycanın Tehrandakı səfirliyinə getməsi və daha sonra evə geri qayıtmaması ilə bağlı dəfələrlə səfirliyə və İran polisinə müraciət edərək heç bir cavab almadıqdan sonra səfirliyə hücum etdi. İran İslam Cümhuriyyəti Şiraz şəhərində törədilən qanlı Şahçiraq terror hadisəsində terror hadisəsini koordinasiya edən şəxslərdən biri olan 21 yaşlı Azərbaycan vətəndaşı Rafael Ağayevin bu terror hadisəsində iştirakına baxmayaraq, İran Azərbaycan Respublikası hakimiyyətini bu hadisədə müqəssir bilmədi. Ancaq Tehranda səfirliyə olunan hücumdan bir neçə saat keçməmiş Azərbaycan hakimiyyəti bu hadisəni terror hadisəsi adlandırdı, hətta Azərbaycan Respublikası hakimiyyətinə bağlı saytlar bu hadisənin İran İslam Cümhuriyyətinin xüsusi xidmət orqanlarının tapşırığıyla həyata keçirildiyini iddia etdi.
Fevral ayının 1-də Azərbaycan Respublikası və sionist rejim müdafiə nazirləri arasında telefon danışığı oldu və …
Artıq fevralın 2-dən Azərbaycanın müxtəlif bölgələrində dindarların şərlənərək həbs olunma prosesi başladı. Elə bu ərəfələrdə Azərbaycan xüsusi xidmət orqanları “İnteraz” televiziyası və saytının rəhbəri, ruhani Hacı Mətləb Bağırov və SalamNews saytının əməkdaşlarına qarşı əməliyyat keçirərək onları həbs etdi. Bununla yanaşı ruhani Ruhullah Novruzzadə, Hacı İlqar Rəcov, Hacı Seyran Rzayev və Hacı Camir Ağayev həbs olundu. İslamofobiya, İranafobiya və Şiəfobiya əməliyyatları keçirilən bir zamanda, fevralın 4-ü Azərbaycan hakimiyyətinə bağlı “Xalq qəzeti”ndə İslam İnqilabının Ali Məqamlı Rəhbəri İmam Xamenei təhqir olundu. Hər kəsin diqqətinin Türkiyədə baş verən zəlzələyə çevrildiyi bir anda Azərbaycan hakimiyyətinin ölkə şiələrinə qarşı onları şərləyərək həbs etmə prosesi davam edirdi. Artıq yüzdən çox dindar narkotiklə şərlənərək həbs olunmuşdu.
Martın 2-də Məşhədi Dadaş məscidinin xətibi Hacı Şahin Həsənlinin qəfildən dünyasını dəyişməsi bir çox sualların yaranmasına səbəb oldu. 1 gün sonra isə 50 gün zindanda aclıq aksiyası keçirən Şəhid Qazi Kərbəlayi Səbuhi Səlimov məhkəmənin barəsində “vətənə xəyanət” maddəsilə həbs hökmünü qüvvədə saxlamasına tab gətirə bilməyərək şəhadət şərbətini içməsi xəbəri yayıldı. Eyni gündə Hacı Şahin Həsənlinin dəfn mərasimində minlərlə insan iştirak etdi, ölkənin fərqli-fərqli bölgələrində onun üçün yas mərasimləri təşkil olundu. Hətta bir çox ali rütbəli dövlət məmuru bu məclislərdə iştirak etdi. Amma Hacı Şahin Həsənli ilə birlikdə həbsdəki Şəhid Qazi Kərbəlayi Səbuhi Səlimovun dəfn mərasimində iştirak edən inanclı insanlar həbs olundu.

Son günlərdə Azərbaycan mediasında “İran-Azərbaycan” müharibəsi başlıqları ilə insanlarda ehtimal olunan bu qarşıdurmanı müxtəlif formalarda oxuculara təqdim edərək cəmiyyətdə belə bir qarşıdurmaya hazırlıq yaratmaqa çalışılır. Təbii olaraq Azərbaycan hakimiyyəti bu fitnənin fitilini alışdırmaq üçün müxtəlif yollara əl atır. Misal olaraq, Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda itkin düşdüyü və onun İran İslam Cümhuriyyətinin xüsusi xidmət orqanları tərəfindən oğurlandığı iddia olundu və martın 17-də İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirildi. Halbuki Yasin Hüseynzadənin itkin düşmüş həyat yoldaşından hələ də bir xəbər yoxdur, Azərbaycan bu qadının nə bircə görüntüsünü, nə də bircə açıqlamasını yayıb. 12-13 martda yerli xüsusi xidmət orqanları tərəfindən keçirilmiş növbəti əməliyyatlarda 50-dən çox dindar həbs edildi.

DTX-nın bu video materialında bir neçə nəfərin güya İranda yaşayan R.Axundzadədən məxfi şəkildə xüsusi göstəriş alaraq, Azərbaycanda tanınmış bir şəxsə xəbərdarlıq etmək üçün hücum etmə planları qurduqları deyilir. Və necə olursa, bu material paylaşıldıqdan bir gün sonra atasının adı ilə ölkədə məşhur olmuş İslam və Əhli-beyt (ə) düşməni Fazil Mustafaya silahlı hücum olur. Deputat Razi Nurullayevin verdiyi açıqlamaya əsasən, Fazilə doğru 7-8 güllə atılıb və TƏBİB-in verdiyi açıqlamaya əsasən, güllələr bədənin sağ çiyin qurşağı və sağ budun aşağı üçdə birini dəlib keçib. Hadisənin üstündən yarım saat keçməmiş Fazilin güllələndiyi yerə onlarla xüsusi dövlət orqanları və polis qüvvələri cəlb olunub. Maraqlısı budur ki, hadisənin üstündən bir saat keçməmiş Azərbaycan hakimiyyətinə bağlı bəzi saytlarda DTX-nın az əvvəl bəhs etdiyimiz xüsusi əməliyyat videosundan müttəhimin “Mühüm bir şəxsi izləyirdik, ona xəbərdarlıq etmək üçün hücum edəcəkdik” dediyi hissə kəsilərək tirajlanmağa başlanılır. Bəli, biz çox yaxşı başa düşürük ki, sionist rejimlə hər sahədə əməkdaşlığını gücləndirən hakimiyyət son bir neçə gündür sionist rejimdə baş verən hadisələrin əvəzini Azərbaycan şiələrindən çıxmaq və sionist rejimlə bağlı gündəmin üzərini örtmək istəyir. Ancaq həqiqətlər o qədər aydın və şəffafdır ki, baş verən hadisələrin bir-birinə bağlı olduğunu hər kəs anlayır. Çox dəqiq bilirik ki, yaradılmış bu fitnə Azərbaycan dindarlarını və bəlkə də bəzi ruhaniləri həbs etmək üçün yaradılmış yeni bir fitnədir. Bu mübarək ayda Allahdan qeyrətli dindar və ruhani qardaş-bacıllarımıza kömək və qüvvət diləyirik.

P.S. F.Mustafanın vurulduğu və ölkə mediasında bu mövzunun gündəm edildiyi mənzərənin arxa planında Azərbaycan Respublikası XİN rəhbəri işğalçı İsrail rejiminə səfəri etdi və Azərbaycanın bu müsəlman qanına susamış rejimdə səfirliyinin açılmasının rəsmi açılış mərasimi oldu, XİN rəhbəri də bu mərasimə qatıldı. Necə deyərlər: ŞƏRHSİZ.

Şahid Ələmov

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button