ArxivXəbər lentiXəbərlər

Soçidə “Astana Suriya müzakirələri”nin onuncu dövrü başlanıb

Rusiyanın Soçi şəhərində “Astana Suriya müzakirələri”nin onuncu dövrü başlanıb.

“Astana Suriya müzakirələri”nin onuncu dövrü bu gün elə bir şəraitdə Rusiyanın Soçi şəhərində başlanıbdır ki, bu müzakirələr də bundan qabaqkı dövrlərdə olduğu kimi, Suriya sülhünə himayədar ölkələr olan İran, Rusiya və Türkiyənin başçılığı altında keçirilir.

Müzakirələr Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi Aleksandr Lavrentyev və Rusiya xarici işlər nazirinin müavini Sergey Verşıni-nin BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan Di Mistura ilə görüşü ilə başlanıbdır.

Elan olunmuş proqrama əsasən, Soçi müzakirələrinin ilk günü ekspertlərin məşvərətlərinə həsr olunubdur.

Soçi yığıncağının ümumi iclası sabah keçiriləcək və İran, Rusiya və Türkiyə heyətləri onda iştirak edəcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button