ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif ideyalar mövcuddur – İran XİN rəhbəri

“Əməkdaşlığı daha da genişləndirmək üçün müxtəlif ideyalarım var ki, Azərbaycan Respublikasının prezidenti ilə görüşdə onları açıqlayacağam.”

Qafqaz.ir  İRNA-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib.

Bakıya düşən zaman jurnalistlərə açıqlama verən İran XİN rəhbəri bildirib ki, iki ölkə əməkdaşlıqlarının daha da genişləndirilməsi üçün müxtəlif ideyaları var və onları Azərbaycan Respublikasının prezidenti ilə görüşdə açıqlayacaq.

Cari səfərdə Azərbaycan tərəfilə yüksək müstəvidə görüşlərin keçiriləcəyini deyən İran XİN rəhbəri, son üç ayda Azərbaycanlı həmkarı ilə çoxlu təmaslar qurduğunu və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı formatların yarandığını deyib.

O bildirib ki, əməkdaşlıq istiqamətində yeni formatlarla bağlı işlər Azərbaycan Respublikasının prezidenti ilə görüşdə yekunlaşacaq.

“Bundan sonra iki ölkə arasında iqtisadi, ticari və mədəni sahələri üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfələrinin daha çox şahidi olacağıq”, deyə H.Abdullahian bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button