ArxivXəbər lentiXəbərlər

Sizin məlumatınız məni heyrətə gətirdi!

Kanadalı fizik, professor Denis Renkurt Ayətullah Xameneiyə məktub yazıb
Əziz Seyid Əli Xamenei!

Mən yaş baxımından gənc olmasam da, Sizin qərb gənclərinə ünvanladığınız 25 noyabr 2015-ci il tarixli məktubunuzu böyük maraqla oxudum. Bu məktub mənim qəlbimi və düşüncəmi təlatümə gətirdi. Doğrudan da, İran Sizin kimi bir rəhbəri olduğu üçün xoşbəxtdir. Kanadada bizim yalnız riyakar, qərəzli və özünə vurğun siyasətçilərimiz var. Onlar böyük şirkətlərin mənafeyi, Amerikanın maraqları üçün yarışırlar. Bir qrup da informasiya şəbəkələrində şablon şüarlar verməklə məşğuldur. Mən Sizə beynəlxalq terrorizmin kökləri barədə bir psixoloq və siyasətçi kimi dərin təhlilinizə görə təşəkkür edirəm. Mən inanıram ki, sizin şərhiniz fundamental şəkildə düzgündür. Sizin bu mövzuya bələdçiliyiniz məni heyrətə gətirdi. Ümid edirəm ki, qərb gəncləri sizin məktubunuzu oxuyub ona analitik baxışla yanaşacaq. Ümid edirəm ki, bu məktub qərblilərin qəlb bə düşüncəsindəki oyanışı sürətləndirəcək.

Hörmət və minnətdarlıqla

Denis Renkurt

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button