ArxivXəbər lentiXəbərlər

Siyasi məhbusdan ÇAĞIRIŞ: “Övladlarınızı 20 Yanvar Şəhadətinin zəfəri ilə coşdurun!”

Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının müşaviri Sahil Rzalı xalqa müraciət edib.

qafqaz.ir Vetenugrunda.az-a istinad xebere gore. müraciəti olduğu kimi təqdim edir: “Əziz bacı və qardaşlarım, möhtərəm ata və analar, bu günlər müqəddəs Əyyami Fatimə günlərini yaşayırıq. Fatimeyi Zəhra (ə) İslamın diri qalması uğurunda Şəhadət zirvəsinə ucalan xanımlarımızdandır. Biz bu günlərli ağlamaqla deyil, dualarımızla, şükürlərimizlə yaşamalıyq. Hər anımızda bizə Sahib duran Allahın varlığını qəlbimizdə duyduğumuz üçün nə qədər şükür etsək azdır.
Uca xalqım, bu gün 20 Yanvar ucalığının növbəti ildönümünü yaşayırıq. 20 Yanvar tarixini xalqımızın Qürur Günü, Qeyrət Günü kimi yaşamğı təbliğ etməliyik. Telekanallarımız illərdir ki, 20 Yanvar gününü ağlaşma, qara lentlər, qaboy iniltisi ilə qeyd edir. Bir gün çəkən bu inildəmlərin ardınca yenə də çal-çağır başlayır telekanallarda.

Xalqımızın şanlı tarxini qaraya boyamaqla bizi kiçik göstərmək, yazıq göstərmək istəyənlər bizim dostlarımız deyil, düşmənlərimizdir. Bəli, BİZİ kiçik, yazıq, zavallı göstərmək istəyənlər iç düşmənlərimzidr.

Əziz xalqım, 20 Yanvar günü Azərbaycan xalqının tarixinə fəxarətlə Şəhadət günü olaraq düşüb və biz hər zaman, əliyalın halda düşmənin tankının üstünə yeriyən vətən övladları ilə qürur duyuruq. Siz də evdə övladlarınızı bu Kimliyin zəfəri ilə coşdurun! BİZ BÖYÜK VƏ ŞANLI XALQIQ! QƏLƏBƏ BİZİMDİR!

Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının müşaviri Sahil Rzalı”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button