ArxivXəbər lentiXəbərlər

Siyasi məhbus Kürdəxanıda intihar etdi

Həbsdə olan siyasi məhbus Mehman Qələndərov Kürdəxanı İstintaq Təcridxanasında intihar edib.

VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Mehman Qələndərov dünən saxlandığı kamerada müəmmalı şəkildə intihar edib.

Qeyd edək ki, Mehman Qələndərov tənqidçi mövqeyi ilə seçilən bloggerlərdən idi.  Keçən il Konstitusiyaya edilən dəyişikliyə etiraz əlaməti olaraq Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən “Biz kral istəmirik!” aksiyasının təşkilatçılarından və iştirakçılarından biri idi. Eyni zamanda o heykəl önünə gedərək “heykəl məhbusları” Qiyasa və Bayrama azadlıq tələb etmişdi.

Bakıya qayıtdıqdan sonra 7 fevralda narkotika ittihamı ilə şərlənərək həbs olundu.

Allah rəhmət etsin!

Oktay Gülalıyev adlı şəxsin şəkli.

Oktay Gülalıyev adlı şəxsin şəkli.

Dashgin Aghalarli adlı şəxsin şəkli.

Mehman Qelenderov adlı şəxsin şəkli.

Mehman Qelenderov adlı şəxsin şəkli.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button