ArxivIslamXəbər lentiXəbərlər

Sionistlərin və Amerikanın məqsədi: Fələstinin adını silmək

Nə üçün müsəlman xalqlar bütün dünyada vahid hərəkətə başlamasınlar?
Hər gün Fələstin torpağında işğalçı sionizm rejimi tərəfindən yeni faciələr törədilməkdədir və məzlum Fələstin xalqı öz evində Amerikanın dəstəyi ilə ona qarşı istədiyini edən işğalçıların vəhşiliyinə düçar olmuşdur.
Nə üçün bu işi görə bilməlidirlər? Nə üçün müsəlman xalqlar bütün dünyada vahid hərəkətə başlamasınlar? Nə üçün Amerika ilə mübahisə edib, sözlərini ağır yuxuya getmiş Amerika rəsmilərinin qulaqlarına çatdırmasınlar? Nə üçün İslam hökumətləri belə bir həssas məsələdə lazımi vəhdəti, birliyi və həmrəyliyi yaratmırlar? Bu, qələbənin əvvəlindən bugünədək İslam Respublikasının fəryadıdır.
Necənci dəfədir Fələstin xalqına qarşı bu işi görürlər. Fələstin xalqının öz evində yaşamaq istəməsindən başqa günahı yoxdur; yalnız budur. İstəyir ki, öz evində yaşasın, evi ona məxsus olsun, düşmən öz evində ona hücum etməsin, qanını tökməsin, təhlükəsizliyini pozmasın. Belə bir həqiqi, doğruçu və haqlı ehtiyaca rəğmən, amerikalılar qollarını çırmayıb öz xəyallarına görə Fələstin məsələsini bütünlüklə unutdurmaq, Fələstin adını dünya xalqının yaddaşından tamamilə silmək üçün sülh formulu, sülh müzakirələri və danışıqlar stolu düzəltdilər. Bir neçə il də özlərini məşğul etdilər. Məgər olasıdır?!
Məgər elə tarixi keçmişə malik olan bir coğrafi ərazini yer üzündən silmək mümkündür? Məgər bir çox qədim tarixi sivilizasiyaların vətəni olan, Allahın böyük peyğəmbərlərinin tövhid bayrağını və ədalət nidasını ucaltdığı Fələstini dünya xəritəsindən silib onun yerinə İsrail adlı yalançı və qondarma bir ölkəni qoymaq olar?! Səhv etdilər, elə bildilər ki, bacararlar. …Gördünüz ki, işğalçıların özü yenidən belə bir qalmaqalın yaranmasına səbəb oldular. Fələstin xalqını daha ağır təzyiqə məruz qoydular. Bəllidir ki, xalq fəryad ucaldır, qiyam edir və nəsillər oyanır.

Ayətullah Seyid Əli Xamenei

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button