ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Sionist yazıçı: İsraillilər ikinci pasport almağa çalışırlar

Qafqaz.ir xəbər verir ki, sionist yazıçı və jurnalist Qaddon Levi bu yaxınlarda Middle East Eye tərəfindən dərc olunan yazıda deyib: “İsraillilər vəziyyətin bir neçə ildən sonra necə olacağını bilmirlər.”

O, bu yazının əvvəlində bildirir: “Əgər hər hansı adi israilli və ya siyasətçidən, jurnalistdən və ya alimdən sağçılardan və ya solçulardan soruşulsa ki, hara gedirik? İsrail 20 və ya 50 ildən sonra necə olacaq? Onlar yaxın 10 ilin necə olacağını belə təsvir edə bilməzlər.”

Müəllif daha sonra mühacirlər arasında çox məşhur olduğunu söylədiyi “İsrail 20 və ya 50 il sonra okacaqmı?” sualını ortaya qoyaraq, deyib: “Bütün dünyada nə Almaniyada, nə Albaniyada, nə Toqoda, nə Çadda, nə də başqa ölkələrdə insanlar özlərinə belə bir sual vermirlər.”

O, bu sualın cavabını tapmaq üçün mühacirlərin ikinci pasport almaq səylərinə işarə edərək əlavə edib: “İstər Portuqaliya, istərsə də Litva pasportu olsun, israillilərin bilmələri vacibdir ki, İsrail pasportundan əlavə başqa pasportlara sahib olmalıdırlar. Sanki İsrail pasportu müddəti yaxınlaşan müvəqqəti icazədir. Görünür, onu əbədi olaraq uzatmaq mümkün deyil.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button