ArxivSONXƏBƏRLƏRtahlil va magaleXəbər lentiXəbərlər

Sionist rejim başçısının Türkiyə səfəri bu ölkə xalqının etirazı ilə qarşılanıb

Sionist rejim başçısı İshaq Hersoq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə bu gün (çərşənbə axşamı) Ankaraya səfər edəcək.

Qafqaz.ir-nin məlumatına əsasən, Bu səfər elə bir halda baş tutur ki, dünən yüzlərlə Türkiyə vətəndaşı sionist rejim əleyhinə etiraz aksiyası keçirib. Nümayişdə saxta rejimin bayrağı yandırılıb.

Nümayişçilər İstanbulun Taksim meydanına toplaşaraq, uşaq öldürən sionist rejim əleyhinə şüarlar səsləndirib və onun bayrağını yandırıblar.

Etirazçılar Türkiyənin sionist rejimlə əlaqələrinin normallaşdırılmasını rədd edərək, bəyan ediblər ki, bu ölkə xalqı qanının son damlasına qədər müqəddəs amalları müdafiə etməyə və Fələstin xalqını dəstəkləməyə davam edəcək.

Sionist rejim başçısının Türkiyəyə səfəri elə bir haldadır ki, Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə hökumətinin rəsmiləri İsrail rejiminin işğalçılığı qarşısında Fələstin xalqını dəstəklədiklərini dəfələrlə bəyan ediblər, amma bu dəstək təkcə sözdə olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button