ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sionist qəsəbə sakinləri bir daha Təl-Əvivdə aksiya keçiriblər

Aksiyaçılar həmçinin Netanyahunun kənarlaşdırılması və növbədənkənar seçkilərin keçirilməsini istəyiblər.
Deyilənlərə görə, dünən işğal olunmuş Fələstinin əlli beş nöqtəsində aksiya keçirilib. Aksiyaçılar seçkilərin keçirilməsi zamanının təyin olunmasını tələb ediblər.
Belə bir halda, sionist rejimin keçmiş baş naziri, müxalifət lideri Yair Lapid dünən axşam bir daha Netanyahu hökumətini tənqid edib: Bu dəhşətli ekstremist nazirlər kabineti üçün heç bir alternativ yoxdur, çünki bu, İsrailin başına gələn bir fəlakətdir.
Lapid dəfələrlə, xüsusən Netanyahuya qarşı çıxanlar və aksiyaçılar qarşısında etdiyi çıxışlarında Təl-Əvivin ekstremist baş nazirinin istefa verməsi və onun hökumətinin buraxılmasını tələb edib.
Qəzzə zolağına qarşı müharibənin davam etməsi və sionist rejimin bu müharibədəki hədəflərinin həyata keçməməsi fonunda işğal olunmuş ərazilər daim etiraz aksiyalarının şahidi olub. Etirazçılar atəşkəs və əsirlərin geri qaytarılmalarını tələb edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button