AktualAktualArxivNardaranXəbər lentiXəbərlər

Şimal-qərb universitetləri tələbələrinin İslamiCamiəsi Hacı Tale Bağırzadəyə ömürlük həbs cəzası verilməsinə etiraz edib

Bu zorakılıqların mənası odur ki, zor gücü göstərən ölkələr qorxuya düşüb! Nardaran şəhidlərinin qanı Azərbaycan xalqının oyanışını gücləndirəcək.
Qafqaz Mədəniyyət Mərkəzi – Şimal-qərb universitetləri tələbələri Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadəyə ömürlük həbs cəzası verilməsinə etiraz olaraq bəyanat yayıblar və Azərbaycan dövlətinin siyasətlərini tənqid ediblər.
Bəyanatda deyilir:
“İnqilabın Böyük Rəhbəri: Məntəqə xalqları oyandılar. Bəli, islami oyanışın qarşısımüvəqqəti olaraqalındı, ancaq oyanışı yatırmaq mümkün deyil”.
Yenə də oyanışın sıxışdırılması, yenə də inqilabçıların və islamçıların əzilməsi. Bu dəfə Azərbaycan Respublikasında şiələrin ən mühüm mərkəzlərindən olan Nardaranda.
Öz çıxışları ilə vəhabiləri və sionistləri ifşa edərək dövlət məmurlarını hiddətləndirmiş mübariz ruhani Müsəlaman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadəyə ömürlük həbs cəzasının verilməsi qonşu ölkənin müsəlmanlarının ürəyini ağrıtdı.
Bugünləri məntəqə və dünya ölkələrində inqilabçıların yatırılmasından bu mesajı başa düşmək olar ki, dünya azadlıq, insaniyyətvə islamçılığa doğru hərəkət etməkdədir. Azadlıqsevərlərə qarşı zorakılıq artdıqca fasid və zor gücünə arxalanan anti-İslam dövlətlər daha çox qorxuya düşür.
Bu dövlətlər islamçılara qarşı davranışda bir növ strateji səhvə düçar olublar və başa düşmürlər ki, onlara qarşı repressiya və zorakılıq gücləndikcə oyanış atəşi bir az da şölələnir. Onun bariz nümunələrini Misir, Yəmən, Bəhreyn və Ərəbistanda çox yaxşı görmək olar.
Azərbaycan Respublikasının şiələrinin məzlumiyyət nidaları ölkədən xaricə çıxmamış, təqlid mərcələri və alimlər bu ölkə şiələrini dəstəkləməsini elan etməzdən öncə Bakı dövləti onları qabaqlamaq məqsədilə, Nardaran və Azərbaycan Respublikasının fəal şiələri əleyhinə qaralamalarında Qum Elmi Hövzəsini də hədəfə almışdır.
Bu məsələ bəyan edir ki, Bakı dövləti İran İslam Respublikasının dünya müsəlmanlarını və şiələrini, o cümlədən Azərbaycan müsəlman və şiələrini mənəvi dəstəkləməsindən hansı həddə qorxur. Elə buna görə də Bakı dövləti son illərdə regionun bir sıra xəbərsiz siyasi dairələrinin sadəlövhlüyündən istifadə edərək ölkəmizin mediasını Azərbaycan Respublikası məsələlərinə qarşı passivləşdirməyə təlaş etmişvə özünün anti-şiə siyasətlərini izləmək üçün bir növ təhlükəsiz dairə yaratmışdır.
Ancaq şübhəsiz, Nardaran şəhidlərinin qanı bu ölkənin müsəlmanlarının oyanışını daha da gücləndirəcək. İnşallah.
Təbriz Universiteti tələbələrinin İslami Camiəsi
Azərbaycan Şəhid Mədəni Universiteti tələbələrinin İslami Camiəsi
Səhənd Sənaye Universiteti tələbələrinin İslami Camiəsi
Marağa Universiteti tələbələrinin İslami Camiəsi
Bonab Universiteti tələbələrinin İslami Camiəsi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button