ArxivIslamXəbər lentiXəbərlər

Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsinin vaxtı məlum oldu

Vəkil Cavad Cavadov 17 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılan ilahiyyatçı Sərdar Hacıhəsənli ilə (Babayev) görüşüb.

İslamazeri.com xəbər verir ki, bu barədə  Cavad Cavadov məlumat verib. O, Sərdar Babayevin cinayət işi üzrə Ali Məhkəmədə keçiriləcək məhkəmə baxışının tarixini də açıqlayıb. Vəkilin sözərinə görə, verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi 30 yanvar saat 11:00-a təyin olunub. İşə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Vəkil Sərdar Babayevin məhkəmədə iştirak etmək fikrində olduğunu qeyd edib. Cavad Cavadov rakurs.tv-yə bildirib ki, ilahiyyatçı bununla bağlı daha bir müraciət edib: “Məhkəmədə edəcəyi çıxışının detallarını müzakirə etdik. Ümid edirik ki, Ali Məhkəmədə Sərdar Babayevin azadliğa buraxılması barədə qərar qəbul olunacaq”.

Sərdar Hacıhəsənli  (Babayev) 2017-ci il fevralın 22-də həbs edilib. Masallı rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 168-1.1.3-ci (İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan vətəndaşı tərəfindən aparılması -təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.

Yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları onun dini mərasim idarə etməsinə icazə vermir. S.Babayevə dəfələrlə Masallı rayonundakı məscidə gedib xütbə oxumaması haqqında xəbərdarlıq edilib. Ancaq o, bu xəbərdarlığı eşitməyib.

Müdafiə tərəfi bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button