AktualAktualArxivXəbər lentiXəbərlər

Seyid Həsən Amili əzadarlara təşəkkür etdi

Vəliyyi-fəqihin Ərdəbil ustanındakı nümayəndəsi Ayətullah Seyid Həsən Amili Ərdəbil və Azərbaycan Respublikasında izdihamlı iştiraka görə əzadarlara təşəkkürünü bildirdi.

 Ərdəbilin imam-cüməsi ötən cümə namazı xütbələrində Ərdəbil ustanı və Azərbaycan Respublikasında Əhli-Beyt (ə) aşiqlərinin Kərbəla hadisələri münasibəti ilə əzadarlıqlarını yüksək dəyərləndirərək onlara minnətdarlığını bildirib. Xarici ölkələrdən, o cümlədən Naxçıvandan gələn qonaqların Ərdəbildə əzadarlığa qatılmasını yada salaraq qonaqlara təşəkkür etdi.

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata əsasən, Ayətullah Amili Ənbəranın sünnə əhlinin builki əzadarlığının xüsusi şövqlə keçirildiyini bildirdi.

Cənab Amili Kərbəla hadisəsindən yaradıcılıq üçün nümunələr götürülməsinin zərurətini vurğuladı, əmr be məruf və nəhy əz munkərin Kərbəla mədəniyyətinin ən dəyərli töhfəsi adlandırdı.

Ərdəbil ustanın Xibrə Məclisindəki nümayəndəsi Amerika pilotsuz təyyarəsinin İran mütəxəssislər tərəfindən nümunəsinin hazırlanmasına işarə ilə dedi: “Məmləkətə ən böyük xidmət elmi xidmətdir. Ölkəmizin tarixində heç bir dövlət və sülalə İslam inqilabı kimi əziz məmləkətə xidmət edə bilməyib.”

Cənab Amili sözünə belə davam edib: “ABŞ pilotsuzunun şifrələrinin açılması, nümunələrinin hazırlanması mühüm bir mesajdır. Bu uğur sübut etdi ki, İran alimlərinin bacarmadığı iş yoxdur.”

Cənab Amili ABŞ pilotsuzunun seriyalı istehsalını, ümumiyyətlə İranda elmi inkişafı düşmən üçün kabus adlandırdı.

Vəliyyi-fəqihin ustandakı nümayəndəsi xütbənin digər hissəsində ölkənin şimalında azad ticari zonanın yaradılması qərarı münasibəti ilə bu məntəqə əhalisini təbrik etdi. Ustanın irşad məsullarını bu sahədə təlaşlarına görə alqışladı.

Cənab Amili Germi şəhərinin də bu azad zonaya daxil edilməsini iqtisadiyyatın çiçəklənməsi istiqamətində yüksək addım adlandırdı.

Ayətullah Amili azad zona ilə bağlı qərarı ustanda böyük dəyişikliklərə start verilməsi kimi dəyərləndirərək dedi: Bu böyük addım yolunda infrastrukturlar hazırlamağa başlamalıyıq. Cənab Amili ustanın yollarındakı xoşagəlməz vəziyyətdən, xüsusi ilə Ərdəbil-Mişkinşəhr yolunda ağır təlafatla müşayiət olunan hadisədən danışdı.

Ərdəbilin imam-cüməsi xütbələrin sonunda ABŞ prezidentinin Cənab Rəhbərə dördüncü məktubuna işarə edib: “Siyasi baxımdan belə məktublar son həddə acizlikdən danışır. Bu məktublar göstərir ki, Amerika İranın regionda birinci güc olduğunu və hadisələrə İranın nəzarət etdiyini qəbul edib. ABŞ regionda İrandan başqa bir ölkəyə ehtiyac duymur. Obamanın Cənab Rəhbərə məktubu, ABŞ-ın müttəfiqlərindən xəbərsiz İrandan kömək istəməsi bu müttəfiqlərin regionda acizliyini göstərir. Belə görünür ki, ABŞ onlardan ümidini üzüb və onlar bu məktubdan heyrətə gəlib.”

Cənab Amili buyurub: “Biz bu beynəlxalq nüfuzun, izzətin qədrini yaxşı bilməli, şəhidlərin məqamını, inqilabın və rəhbərliyin əzəmətini dəyərləndirməli, Allaha şükr etməliyik.”

Ayətullah Amili buyurub: “ABŞ-ın İranın mənafelərinə zidd getməməklə bağlı vədi, eləcə də onu İŞİD-lə mübarizəyə dəvət etməsi göstərir ki, İran təkbaşına koalisiyadakı 60 ölkədən daha təsirlidir. İndi İran ABŞ-a yox, ABŞ İrana möhtacdır. Məktubdan aydın olur ki, strateji rəqabətlərdə ABŞ İrana məğlub olmuşdur.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button