ArxivIslamXəbər lentiXəbərlər

Seyid Elman Ağazadənin səhhətində problemlər yaranıb

Həbs olunduğu zaman başından aldığı zərbələrə görə seyid Elman Ağayevin Klinik Tibbi Mərkəzdə müalicə almasına göstəriş verilsə də…

İslamazeri.az-a vəkil Akif Əliyevin verdiyi məlumata əsasən, Azərbaycanın tanınmış ilahiyyatçısı seyid Elman Ağayevin səhhətində bir sıra problemlər yaranıb: “Seyid Elman bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı zaman başından aldığı zərbələrə görə başında kəskin ağrılar olur. Müəyyən həddə şişlər də mövcuddur. Bununla bağlı prokurorluq qarşısında vəsatət qaldırdıq. Təmin olundu ki, penitensiar xidmətindən kənarda, 1 saylı Şəhər Klinik Xəstəxanasında müayinədən keçsin. Qərar verilsə də, hələ ki, icra olunmayıb. Elman Ağazadənin müayinə olunması gecikdirilir. İkinci məsələ böyrək ya da prostat vəzilərindəki kəskin problemlər yaranıb. Bununla bağlı müraciət etmişəm penitensiar xidmətin baş idarəsinə. Hazırda bu işlə məşğuldurlar. Dünən Elman Ağayevi müayinəyə. Bu gün də müalicə üçün aparmalıydılar. Əlaqə saxlaya bilməmişəm. Baxaq görək nə olacaq.”

Ruhani Elman Ağayevin işi ilə bağlı isə vəkil bunları deyib: “İstintaq əməliyyatları aparılmır, avqust ayında maddələrdə bir balaca dəyişik oldu. Elə həmin zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldı bir dəfə. Saxlanıldığı gündən bu yana hər hansı bir istintaq işi aparılmır. Belə ümumi işdə heç bir dəyişiklik yoxdur.”

Xatırladaq ki, ötən ilin noyabr ayının 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçiriblər. Əməliyyat zamanı “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırov və çox sayda kənd sakini saxlanılıb. Eyni ərəfədə də Bakı, Lənkəran və Gəncə şəhərlərində də əməliyyatlar keçirilərək çox sayda dindar və ruhani saxlanılıb. Lənkəranda təşkil olunan əməliyyat zamanı ilahiyyatçı seyid Elman Ağayev , Bakıda keçirilən əməliyyat zamanı ilahiyyatçı, Quran elmləri üzrə mütəxəssis Zülfüqar Mikayılzadə saxlanılıb.

Saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və digər 18 nəfərin məhkəməsi davam etdirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button