ArxivXəbər lentiXəbərlər

Seyid Əli Xamenei: Fələstinin vəziyyəti Peyğəmbərin ruhunu incidir

Bu gün İslam cəmiyyətinin bədənində dərdli və dərin bir yara var. Burada oxunan ayə İslamın əziz Peyğəmbəri barədədir: “O sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!“ [“Tövbə”/128.]
Bu gün İslam dünyasının, ən böyük hissəsi Fələstin məsələsindən ibarət olan dərdi Peyğəmbərin müqəddəs ruhunu incidir. Bu gün Fələstin xalqının düşdüyü vəziyyətə görə Peyğəmbərin müqəddəs ruhu ilahi yaradılışın uca aləmlərində qəm-kədər içindədir. Bunun əlacı nədir? Çalışmaq və mücahidlikdir.
[Əziz Peyğəmbərin və İmam Cəfər Sadiqin (ə) mübarək doğum gününün ildönümündə quruluşun məsul şəxslərinin toplantısında çıxışından: 2002.]
Görün hegemonizm necə dişlə, caynaqla, qaniçənliklə və insaniyyətdən uzaq rəhmsizliklə dayanmışdır. Əgər bacarsa, özünün hegemon istəkləri üçün İslam xalqlarını və onların arzularını tapdayar. Bu gün Fələstin məsələsi İslam dünyasının ən böyük problemlərindən biridir və gələcəkdə də olacaq. Bir xalqı öz evindən, yaşayışından, ölkəsindən və torpağından didərgin salıb yerində muzdur və xəbis işğalçını oturtmaq məgər zarafatdır?! Ona hər növ kömək edir, bütün cinayətlərinə don geyindirirlər. Onun qolları dirsəyə qədər qana batıb. Bunlarla qane olmayıb müsəlmanlardan və ev sahiblərindən imza almaq istəyirlər ki, bu ev o işğalçıya məxsusdur və ev sahibinin bunda heç bir hüququ yoxdur. Bu işi görmək istəyirlər.
[Azadlığın və ölkəyə dönüşün birinci ildönümündə əsirlikdən azad olanlarla görüşdə çıxışından: 1991.]

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button