ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Serj Sarkisyan Qarabağa görə ona iki dəfə pul təklif olunduğunu deyir

Ermənistanın sabiq prezidenti bildirib ki, Əliyev Qarabağ ətrafında yeddi rayonun qaytarılmasına görə ona iki dəfə pul təklif edib.

qafqaz.ir Turan Xəbər Agentliyinə əsasən xəbər verir ki, Serj Sarkisyan “Armnews” saytına müsahibəsində Azərbaycan Respublikasının beş rayonun qaytarılması üçün Belarus prezidenti vasitəsilə 5 mlrd. dollar təklif etməsinin doğru olub-olmaması barədə sualın cavabında bu məlumatı təsdiqləyib.

“Əliyev bu pulları şəxsən özü təklif edib?” dəqiqləşdirici sualın cavabında Sarkisyan deyib: “Yox, belə olmayıb, sadəcə, belə deyilib”.

O, Paşinyanın bu təklifi qəbul etdiyini istisna etməyib və deyib: “Ən azı məlum oldu ki, Əliyev və Paşinyan gizli danışıqlar aparıblar. Bu danışıqları kimin apardığı, erməni tərəfini operativ əlaqə ilə kimin təmin etdiyi, Paşinyana məktubu kimin verdiyi məlumdur”.

Sonra o, Paşinyanı İkinci Qarabağ Müharibəsi dövründə Dağlıq Qarabağı tanımaqdan imtina etməkdə suçlayıb.

Sarkisyan həmçinin Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını da tənqid edib. Onun fikrincə, Paşinyan ucuz nüfuz qazanmaq istəyirdi və istəyirdi ki, qarabağlılar onun adamı Araik Arutyunyanı özlərinə lider seçsinlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button