ArxivXəbər lentiXəbərlər

Separatçılıq islam düşmənlərinin xeyrinədir

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri deyib: Regionda və islam dünyasında istənilən separatçılıq hərəkəti islam düşmənləri, xüsusilə də ABŞ və sionist rejimin xeyrinədir

qafqaz.ir -in Anajdan istinadina :  İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti bazar ertəsi günü Türkiyənin Vətən partiyasının sədri Doğu Perinçeklə Tehranda görüşdən sonra jurnalistlərə deyib: İran region ölkələri, o cümlədən İraq, Qətər, Livan, Yəmən və digər ölkələrə qarşı təhdidin əleyhinədir.

Vilayəti bildirib: İran və Türkiyə əlaqələri tarix, mədəniyyət və din kimi müştərək amillərin gücləndirilməsi istiqamətində hərəkət etməsinə və iki ölkənin yeni müştərək amillərin yaratmasına səbəb olub.

O həmçinin deyib: Mədəni, siyasi və iqtisadi əlaqələr və enerji və beynəlxalq səviyyədəki əməkdaşlıqlar inkişaf etməkdədir və hər iki tərəf bu prosesdən razıdır.

Türkiyənin Vətən partiyasının sədri Doğu Perinçek də bu görüşdə deyib: ABŞ və İsrail region ölkələrinin ərazi bütövlüyünü hədələməkdədir və İsrail Böyük Kürdüstan adlı başqa bir İsrailin yaradılması üçün proqram hazırlayır.

Türkiyənin Vətən partiyasının sədri həmçinin deyib: İran və Türkiyə arasında etimadın yaradılması Qərbi Asiyada təhlükəsizlik və dincliyin bərpa olunması ilə nəticələnəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button