ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sepah İraqın şimalında separatçı kürd birləşmələrinə zərbələri ilə bağlı bəyanat verib

“İraqın şimalında terrorçulara ağır zərbələr endirilib və onlar ciddi xəsarətlərlə üzləşiblər.”
bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun (Sepah) bəyanatında deyilir.پ
Sepah ötən gecə İraqın şimalında Kürdüstan Regional hökumətinin nəzarətində, xüsusilə də Ərbil və Süleymaniyyədə “Komala” təşkilatı və “İran Kürdüstan Demokratik Partiyası”nın mövqelərinə hücumla bağlı bəyanat yayaraq, bu zərbələrin sarsıdıcı olduğunu və separatçı birləşmələrin ciddi xəsarətlər gördüyünü bəyan edib.
“İraqın şimal bölgəsində anti-İran separatçı terror qruplaşmalarının təlimi və təşkili mərkəzlərinin, qlobal hegemonların muzdlularının yerdə qalan qərargahlarının dağıdılmasının davamında, səhər saatlarından etibarən (bazar ertəsi) yeni mərhələdə raket və dron hücumları həyata keçirilib”, deyə bəyanatda bildirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button