AktualAktualArxivXəbər lentiXəbərlər

Sanksiyaların ləğvindən sonra İran-Azərbaycan münasibətləri

İran İslam Respublikasında sayca 11-ci dövlət hökumət başına gəldikdən sonra region ölkələri ilə, xüsusilə də Azərbaycan Respublikası ilə diplomatik münasibət və əməkdaşlığa öz xarici siyasətində önəm verdi. Bu proqramın izlənməsinin ardınca Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ölkə prezidenti Həsən Ruhani, Azərbaycanın prezidentiİlham Əliyevlə görüşdü. Siyasi təhlilçilər bu görüşü İran-Azərbaycan münasibətlərində yeni fəslin başlanğıcı adlandırdılar. Sözü gedən görüş Bakı-Tehran münasibətlərinin bir neçə il gərginliyə düçar olmasından sonra baş tutmuşdu.

İranlı həmkarının dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il aprelin 9-da Tehrana səfər etdi. Səfər çərçivəsində dövlət rəsmiləri ilə görüşlər keçirdi, ikitərəfli münasibətlərin genişlənməsi məsələləri müzakirə olundu. Bu səfərdə bir neçə əməkdaşlıq anlaşması imzalandı.“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu”, “AzərbaycanRespublikasıHökumətivə İran İslam RespublikasıHökumətiarasında “Ordubad” və “Marazad” Su Elektrikstansiyalarınıntikintisi və istismarı haqqında Saziş” bu görüşün nəticəsidir.

İlham Əliyevin dəvətinə cavab olaraq ölkəmizin prezidenti Həsən Ruhani 2014-cü il12 noyabrda Bakıya səfər etdi. Bu səfərdə iki ölkənin yüksək səviyyəli rəsmiləri tərəfindəninformasiya və kommunikasiya texnologiyaları, iqtisadiyyat,  poçt, bərpaolunanenerji, sərhədçayları kimi beş sahədə əməkdaşlıq müqavilələri imzalandı.

Habelə,  İran-Azərbaycan Birgə Əməkdaşlıq Komissiyasının 9-cu İclası 5 və 6 avqustda iki gün müddətində Bakıda keçirildi. Bu iclasda İran və Azərbaycan arasında iqtisadiyyat, ticarət və bank sahələrində razılaşmalar oldu.

Televiziyanın 2-ci kanalında “Fitilə” verlişinə görə Azərbaycan mediasinin İrana qarşı media hücumları, Azərbaycanın təhlükəsizlik və polis qüvvələrinin Nardaranda hüseyniyyəyə hücumundan sonra İran əleyhinə ağır media atmosferi yaradılması, həmçinin İranın “Sərdar Cəngəl” neft yatağında neft kəşfi əməliyyatlarını davam etdirmək niyyətində olması (Azərbaycanın da bu neft yatağına sahiblik iddia edir) kimi baş verən bir sıra hadisələrə baxmayaraq, İran və Azərbaycan təmkin göstərdilər və sanksiyaların ləğvindən sonra İ. Əliyev ölkəmizin prezidentinə təbrik məktubu göndərdi.

İran-Azərbaycan münasibətləri sanksiyaların aradan qalxmasından sonra iqtisadi, ticarət, nəqliyyat, investisiya, enerji və digər sahələrdə inkişaf edəcək. Amma ideal həddə çatmayacaq. Çünki iki ölkə əlaqələrində bir sıra məsələlər hələ də münasibətlərin genişləndirilməsinə mane olur. Azərbaycanın ABŞ, qərb, sionist rejim və NATO ilə münasibətləri, İranın Ermənistanla münasibətləri, Xəzər dənizinin hüquqi statusunun təyin edilməməsi, Azərbaycan dövlətinin şiə islamından qorxması və inqilab təfəkkürünün İrandan Azərbaycana nüfuz etməsi, indiki dövlət rəsmilərinin “Böyük Azərbaycan” yaratmaq məsələsində AXCP-nin siyasətlərini davam etdirməsi hələ də iki ölkənin qarşılıqlı münasibətlərinin genişlənməsinə mane olan amillərdir. Bu amillər öz mövcudluğunu və subyektliyini İran-Azərbaycan münasibətlərində göstərəcək. Durumun dəyişməməsi və bu amillərin hər birinin vəziyyət və mövqei, yaxud hər iki ölkə siyasətçilərininonlara qarşı təsəvvürlərinin dəyişməməsi, qeyd olunan kataqoriyaların hər birinin iki ölkə əlaqələrinə əngəl olmaq təsirini qorumasına səbəb olacaq.

Bütün mülahizələri nəzərə almaqla sanksiyaların götürülməsindən sonra İran-Azərbaycan münasibətlərinin yenə də mühüm əngəllərlə qarşılaşacağını proqnozlaşdırmaq olar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button