ArxivFatimi yaşayişIslammədəniyyatSosialTarixXəbər lentiXəbərlər

Salman Farsi; Peyğəmbərin (s) onu Əhli-beytdən adlandırdığı səhabə

Salman Farsi İranda tanınmış bir ailədə dünyaya gəldi. Onun adı Ruzbeh, dini isə zərdüştlük idi. Lakin kamillik tələb edən ruhu onu rahat buraxmırdı və sanki itirdiyi bir şey ardınca gəzirdi. Ona görə də yəhudi və xtirstian dinlərini araşdırdı, nəhayət İslam dini ilə tanış olaraq, onu qəbul etdi. Salman İslam dini qəbul etmiş ilk iranlı idi.

Salman Farsi o kəsdir ki, Allahın Peyğəmbəri (s) onun barəsində buyurdu: “Salman biz Əhli-beytdəndir.”

Səfər ayının 7-si müşriklərdən müdafiə olunmaq üçün xəndək qazıldığı gün “Həzrət Salman” günü adlanıb və İranın milli təqvimində yer alıb. Salman Farsi şəhərsalma mühəndisi idi. Nəql olunmuşdur ki, Kufə şəhərinin layihəsini o hazırlayıb və Xəndək döyüşündə xəndək qazılması planını o, Peyğəmbərə (s) təklif edib.

Salman Məhəmmədi, İslam Peyğəmbərinin (s) vəfatından sonra haqq yoldan dönməyən az saylı səhabələrdən idi və həzrət Əlinin (ə) imamətinə etiqad bəsləyirdi. Ömər ibn Xəttabın xilafəti dövründə Mədain valiliyinə təyin edildi, lakin heç vaxt beytül-maldan (büdcədən) özü üçün heç nə götürmədi və öz dolanışığını keçirmək üçün zənbil toxuyub satırdı.

İslam İnqilabının Böyük Rəhbəri Salman barədə deyir: “Salman Farsi farsdan deyil, əksinə fars və İran Salman Farsidəndir.”

Rəsuli-əkrəmin (s) Salman barədə buyurduğu hədis 5000 tümənlik əskinasın üzərinə dərc edilmişdir: “Elm Sürəyyada da olsa, Pars diyarından olan insanlar onu əldə edəcəklər.”

Peyğəmbərin (s) bu hədisi buyurması o həzrətin iranlı müsəlmanları, onların da başında Salman Farsini tanımasından irəli gəlir.

Salman Əhli-beyt (ə) yanında elə yüksək məqam sahibi idi ki, onun vəfatından sonra həzrət Əli (ə) təyyül-ərz vasitəsilə özünü Mədinədən Mədainə çatdırdı və ona cənazə namazı qıldı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button