ArxivQadin və hicabXəbər lentiXəbərlər

“Salam hicab” gəlinciyi – Amerikada

Amerikada aprelin 1-dən “Hello Hijab” (Salam Hicab) nişanı ilə gəlinciklər satışa çıxarılacaq.

ABŞ-ın Penslvania ştatının Braddock şəhərinin merinin həyat yoldaşı xanım Barto Faterman və bu şəhərdə yaşayan xanım Safa Buxari, müsəlman qız uşaqları üçün islami geyimi olan gəlinciklər hazırlayıb.

B. Faterman deyib ki, bu gəlinciklərin hazırlanması müsəlmanlara qarşı günü-gündən artan zorakılıqların qarşısını almaq baxımından önəmlidir. “Əgər müsəlman uşaqlar öz hicablı gəlincikləri ilə qeyri-müsəlman uşaqlarla oyun oynasalar, bu dinc şəraitdə birgə yaşamanı uşaqlara elə uşaqlıq illərindən öyrətmiş olarlar. Onlar hicablı müsəlman xanımları gördükdə onlara qarşı aqressiv olmaz”.

“Hello Hijab” nişanı ilə satışa çıxarılacaq gəlinciklərin qiyməti 6 dollar olacaq.(maida.az)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button