AktualAktualArxivXəbər lentiXəbərlər

Şahismayıl Səfəvinin həyatı haqqında Ərdəbildə bədii film hazırlanır.

Vəliyyi- fəqihin vilayətdəki nümayəndəsi və Ərdəbilin imamcüməsi demişdir: Şahismayıl Səfəvinin həyatı haqqında Ərdəbildə 72 hissədən ibarət bədii film hazırlanır. Qafqaz mədəniyyət mərkəzi Təsnim Agentliyindən nəqlən raport vermişdir ki, ayətüllah Seyidhəsən Amili Ərdəbil vilayəti ümumi mədəniyyət şorasının 1393-cü ilin yekun iclasında Şahismayıl Səfəvinin həyatı haqqında Ərdəbildə 72 hissədən ibarət bədii filmin hazırlanacağını xəbər vermişdir. Bu çox seriyalı filmin hazırlanması gənclər üçün yaxşı bir örnək olacaqdır. Çünki, şah İsmayıl 23-30 yaşlarında parçalanmış İranı birləşdirə bildi. Imamcümə şah İsmayıl Səfəvinin İran tarixində böyük bir hərəkət etdiyini bildirərək demişdir: bu adam öz dühası, şücaət və ləyaqətilə ölkədə əhli-beyt mədəniyyətini təsbit və hakim etmişdir ki, ölkə tarixində təsir qoyan bu şəxsiyyəti gənclərə tanıtdırmaq və ondan örnək ötürmək üçün təşəbbüs göstərməliyik. Vəliyyi-fəqihin Ərdəbil vilayətindəki nümayəndəsi vilayətin tarixi keçmişini və çox cəhətli tutumunu izah edərək demişdir: Bu, Ərdəbil mədəniyyətini ölkədən kənarlarda da tanıtdırmaq, onun digər məntəqələrdə də araşdırmasına zəmin yaratmaq əlimizə düşmüş böyük fürsətdir. Amili açıqlamışdır: bu filmin hazırlanması Ərdəbil vilayəti üçün dəyərli bir imkan, və bərəkətdir ki, ölkə səviyyəsində vilayətimizin yeri tanıtdırılır. Demək olar ki, indiyə kimi belə bir imkan yaranmamışdı. O, belə bir televiziya proqramının hazırlanmasının faydalarından danışaraq artırmışdır: şah İsmayılın həyatı haqqında bədii filmin hazırlanması milli şüurun güclənməsinə böyük təsir buraxacaq və Ərdəbil vilayətini təqdim etməkdən əlavə tarixin bu hissəsinin təhrif edilməsinin qarşısını alacaqdır. Ərdəbil imamcüməsi bu filmin hazırlanması üçün vilayət məsullarının səy etməli olduğunu vurğulayaraq demişdir: vilayət məsulları çalışmalıdırlar ki, filmə lazım olan vəsait ölkənin milli büdcəsindən təmin olsun ki, bu sahədə daha çox uğurlu işlər görə bilək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button