ArxivXəbər lentiXəbərlər

Şaban ayının 13, 14 və 15-nin əməlləri

sizə Şaban ayı ilə bağlı silsilə yazılar təqdim etmişdik. İndi də ənənəyə uyğun olaraq, siz dəyərli oxuculara Şaban ayının 13, 14 və 15-ci gecələrinin və günlərinin əməllərini təqdim edirik.

İlk əvvəl qeyd edək ki, Rəcəb, Şaban və Ramazan aylarının 13-cü gecəsi iki rəkət namaz qılmaq bəyəniləndir.
Namazın qaydası:

Hər rəkətdə “Həmd” surəsindən sonra “Yasin”, “Mülk” və “İxlas” surələri oxunur.
14-cü gecədə də 4 rəkət eyni qaydada namaz qılmaq tövsiyə olunub. Hər iki rəkətdən bir salamlar verilir. 15-ci gecə isə eyni qayda ilə 6 rəkət namaz qılınır. Hər iki rəkətdən bir salam verilir.

İmam Sadiqdən (ə) nəql olunur ki, hər kim bu əməlləri yerinə yetirsə, bu üç ayın fəzilətini əldə etmiş olacaq və şirkdən başqa bütün günahları bağışlanacaq.

Eyni zamanda Şaban ayının 13-cü günü “Əyyamul-beyz”in ilk günüdür. Bu gün və bundan əlavə, ayın 14-ü və 15-ində də oruc tutmağın çox böyük savabları var.

Xatırladaq ki, Şaban ayının 13-ü, 14-ü və 15-i, 01, 02, 03 iyun tarixinə düşür.

Qeyd: Şabanın 15-nin (Nimeyi-Şaban) özünün xüsusi əməlləri var və onları da siz əziz oxucularımıza təqdim edəcəyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button