ArxivXəbər lentiXəbərlər

Sabah ilahiyyatçı Sərdar Hacıhəsənlinin məhkəməsi keçiriləcək

Ali Məhkəmədə Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayətinə baxılacaq.
Fevral ayının 13 -də saat 11:00-da Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayətinə baxılacaq.
qafqaz.ir   Maide.Az-a istinadən  xəbər verir ki,prosesdə Şeyx Sərdar Hacıhsənlinin iştirakı gözlənilir.
 Qeyd edək ki,  bundan öncə yanvarın 30-a  təyin olunan məhkəmənin təxirə düşməsinə səbəb də Şeyx Sərdarın prosesdə  iştirakı ilə bağlı müraciəti olmuşdu.
 Onu da qeyd edək ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə)  üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button