ArxivXəbər lentiXəbərlər

Səxavət haqqında HƏDİSLƏR

İmam Əli (ə):«Əldə etdiyin hər şeyi bəxşiş et ki, hörmətin olsun.»
İmam Əli (ə):«Səxavət insanı əleyhdarlarına da sevdirər, simiclik isə hətta, övladlarında da ona qarşı nifrət oyadar.»
İmam Əli (ə):«Səxavət alicənablıqdan irəli gəlir.»
İmam Əli (ə):«Səxavət əsl başucalığıdır.»
İmam Hüseyn (ə):«Səxavətli olan ağa olar.»
Ən böyük səxavət
Allahın Peyğəmbəri (s):«Ən səxavətli insan öz canını və malını Allah yolunda bəxş edəndir.»
İmam Əli (ə):«Ən böyük səxavət yoxsul vaxtı bəxşiş etməkdir.»
İmam Hüseyn (ə):«Ən səxavətli insan, ona ümid bəsləməyənə bəxşiş edəndir.»
Səxavətli insanın xüsusiyyəti
İmam Sadiq (ə):«Səxavətli insanın üç xüsusiyyəti var: Varlı və kasıb vaxtında öz malından bəxşiş edər, mustəhəqqə (yəni, şəriət baxımından yardım düşən şəxsə) bəxşiş edər və yaxşılığının müqabilində ona edilən təşəkkürü bəxşiş etdiyi şeydən daha üstün və qiymətli bilər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button