ArxivQarabağXəbər lentiXəbərlər

Sərhəd rayonların işğaldan azad edilməsi İran-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni perspektivlər açıb

İranın IRNA xəbər agentliyinin saytında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonlarının azad edilməsi və hərbi əməliyyatların başa çatması ilə bağlı məqalə dərc edilib.

Qafqaz.ir AZƏRTAC istinadən  xəbər verir ki, məqalədə regionun gələcək inkişafına toxunulub. Diqqətə çatdırılıb ki, regionun bir dövləti olaraq İran sərhədlərində sülhün və əmin-amanlığın hökm sürməsində maraqlıdır. İran hərbi əməliyyatların yekunlaşmasını region üçün əməkdaşlıq və inteqrasiya imkanlarının yaranması kimi dəyərləndirir.

Qeyd olunub ki, işğaldan azad edilən Füzuli, Cəbrayıl və Zəngilan rayonları İran ilə 130 kilometrlik sərhədə malikdir. Artıq bu rayonlar Azərbaycanın nəzarətindədir. Yaxın gələcəkdə bu ərazilərdə İran ilə Azərbaycan arasında gömrük-keçid məntəqələri yaradılacaq ki, bu da iqtisadi-ticarət əlaqələrinin inkişafına səbəb olacaq. Bu fakt hər iki qonşu dövlətin qarşılıqlı faydalı əməkdaşlığı üçün yeni perspektivlər vəd edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button