ArxivXəbər lentiXəbərlər

Şəhid oğluna 30 sutka verdilər

Atasına görə ödənməli olan müavinəti tələb edən Toğrul Qocayev saxlanılıb. Ona 30 sutka həbs cəzası verilib.
Səbəbi isə onun Şəhid ailələrinə qarşı edilən haqsızlığa etiraz etməsi olub. Beləki, dünən (dekabrın 11-də) Şəhid ailələri Prezident Administrasiyasının qarşısında növbəti dəfə etiraz aksiyası keçirib. Onlar Şəhidlərə görə ödəniləcək birdəfəlik ödəməni tələb ediblər. Şəhid oğlu Toğrul Qocayev baş verənlərə etiraz etdiyinə görə həbs olunub.
T.Qocayevin atası Qarabağ döyüşlərində Şəhid olub.
“Toğrulu Prezident Administrasiyasının qarşısında mülki geyimlilər tutub Səbail Rayon Polis İdarəsinə aparıblar. Orada protokol tərtib ediblər ki, guya o, polisin qanuni tələbinə əməl etməyib, səs-küy salıb. Daha sonra Səbail Rayon Məhkəməsinə aparıblar. inzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə 30 sutka həbs cəzası veriblər”, – deyə yaxınları bildirib.
Onların sözlərinə görə, artıq T.Qocayevi Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya aparıblar: “Zəng eləyib bu barədə ailəsinə xəbər veriblər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button