ArxivXəbər lentiXəbərlər

Səfir: “Təbriz-Bakı-Tehran aviareysinin açılması ticarət və turizmin inkişafına töhfə verəcək”

Bu gün İranın “ATA Airlines” şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysinin ilk uçuşu həyata keçirilib.

Bununla bağlı jurnalistlərə açıqlama verən İranın azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, reyslər “Airbus 320” təyyarələri ilə yerinə yetirilir.

Diplomat əlavə edib ki, reysin açılması iki ölkə arasında ticarət və turizmin inkişafına töhfə verəcək.

Bundan başqa, səfir bildirib ki, aviaşirkət gələcəkdə Bakı-Məşhəd aviareysinin açılması üzərində işləyir: “Lisenziya artıq verilib. Ümid edirəm ki, ilin sonuna kimi bu reys də istifadəyə veriləcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button