ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Səfir: “İranlılar sevincdə də, kədərdə də azərbaycanlılarla bir yerdədir”

“Bu il, iranlılar sevincdə də, kədərdə də bir yerdə olduqları azərbaycanlı bacı-qardaşları ilə birlikdə iki dost, qardaş və qonşu ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər”.

Qafqaz.ir-nın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin İran-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş məqaləsində qeyd olunub.

Səfir bildirib ki, İran 1991-ci ildə dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci ildə martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub: “İki ölkənin yüksək rütbəli rəsmiləri arasında sıx əlaqələr, siyasi, hərbi və iqtisadi sahədə nümayəndə heyətlərinin çoxsaylı səfərləri və görüşləri bir tərəfdən əlaqələrin yüksək səviyyəsindən xəbər verirsə, digər tərəfdən də bütün bunlar, münasibətlərin və ikitərəfli əməkdaşlığın davam etdirilməsinə və genişləndirilməsinə güclü dəstəkdir”.

Diplomat diqqətə çatdırıb ki, 2021-ci ildə noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısı çərçivəsində iki ölkə prezidentinin görüşü münasibətlərdə dönüş nöqtəsi olmaqla yanaşı, iki qardaş ölkə arasında çox qısa sürən bəzi süni anlaşılmazlıqlara son qoyub.

O qeyd edib ki, iki ölkənin yüksək səviyyəli rəsmilərinin qarşılıqlı görüşlərinin davamı olaraq, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, daha sonra İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfər edib: “Rüstəm Qasemi səfər zamanı işğaldan azad edilmiş ərazilərə baş çəkdikdən sonra Azərbaycanın rəsmi şəxsləri ilə birgə layihələrin icrasını, ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən İranın azad edilmiş ərazilərin yenidən qurulmasına yardımını və bu prosesdə fəal iştirakını müzakirə edib. Eyni vaxtda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Tehrana səfər edərək, İranın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib və müzakirələr aparıb”.

Səfir bu görüşlərdə birgə layihələrin son vəziyyəti və onların icra prosesinin sürətləndirilməsi yolları, bununla bağlı irəli sürülən təşəbbüslər, ikitərəfli məsələlər (siyasi, mədəni, iqtisadi, hərbi, hüquqi, məhkəmə, konsulluq və s. kimi sahələrdə əməkdaşlıq məsələləri) və bəzi regional məsələlər (o cümlədən Cənubi Qafqazla bağlı məsələlər və “3+3” regional əməkdaşlıq formatının müzakirə olunduğunu, ümumi və regional maraqları təmin etmək üçün lazımi qərarların qəbul edildiyini vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button