ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Sədərək bazarındakı məsciddə gərginlik

Bakıdakı Sədərək bazarının məscidi ətrafında gərginlik davam edir.

Qafqaz.ir  xəbər verir, noyabrın 12-də saat 11:00-12:00 radələrində Hacı Aydın adlı namazqılan məsciddə döyülüb. Bu barədə redaksiyamıza daxil olan video görüntülərdə zərərçəkmiş Hacı Aydın özü məlumat verir. Hacı Rasim və yerli möminlər məscidin qeyri-qanuni şəkildə şiələrdən alınıb vəhhabilərə verilməsinə etiraz edir.

Hadisənin təfərrüatları bir qədər sonra saytımızda dərc olunacaq.

Xatırladaq ki, Sədərək bazarının sahibi Yusif Qədimbəyli şəxsi göstərişi əsasında bir neçə gün əvvəl bazardakı “Rəsulullah (s)” məscidinin şiə imamlarını məsciddən kənarlaşdırılıb, onların yerinə məsciddə imamlığı Elton (Əhli-sünnə) və Fərid (Əhli-beyt (ə)) adlı şəxslərə həvalə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button