Aktual

Nifaq salanlar kimdir?

Azərbaycan hakimiyyəti İrana yuxarıdan aşağı baxır.

Bir zərb məsəli var, “saqqalımız yoxdur deyə, sözümüz keçmir”, bizimki də lap ona oxşadı. Tez tez qeyd edirik ki, İranla Azərbaycan arasında nifaq salmaq istəyən mətbuat orqanları var, nə bu mətbuat orqanları nə də onların arxasında duran qüvvə naməlum, ünvansız və mücərrəd də deyil, hər şey göz qabağındadır, göz lazımdır ki, bunu görə. Bir neçəsi istisna olmaqla bura demək olar bütün rəsmi dövlət, müstəqil, müxalifət mətbuat orqanları, İlham Əliyev hakimiyyətinin sifarişi ilə İrana qarşı cəmiyyətdə bir düşmənçilik toxumu səpməklə məşğuldur, özü də artıq bu toxumlar bəhrəsini verməkdədir. Yəni cəmiyyətdə, xalq arasında obyektiv bir sorğu keçirilsə nəticənin yazdıqlarımızı təsdiqlənməsini görmək olar.
Hakimiyyət və ona xidmət edən mətbuat isə öz işindədir və iki ölkə arasında nifaq salınması kampaniyası davam edir. Bu silsilədən olan addımlardan biri də elə bu günlər də baş verdi.
Azərbaycan hakimiyyətinin verdiyi rəsmi məlumtlara görə noyabrın 5-i saat 18:15 radələrində, Araz çayı ətrafında sahilbərkitmə işləri aparan traktora İran ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Hələ İran tərəfinin bu məsələ ilə bağlı heç bir açıqlaması olmadan, eşidilmədən, hətta Azərbaycan tərəfinin belə heç
” bütün telekanallar, rəsmi dövlət, müxalifət və müstəqil mətbuat dərhal cəmiyyəti qərəzli informasiyayla zəhərləməyə başladı. “
bir ciddi araşdırma aparmasına baxmayaraq bütün telekanallar, rəsmi dövlət, müxalifət və müstəqil mətbuat dərhal cəmiyyəti qərəzli informasiyayla zəhərləməyə başladı.
Özü də xəbərlər əcaib bir şəkildə verilirdi və verilməyə davam edir. Yazırlar ki, “İran hərbiçiləri Azərbaycan vətəndaşına hücum etdi, atəş açdı”, oxucuda elə təsəvvür yaratmağa çalışırlar ki, guya İran Azərbaycana hücum edir, hərbiçilər vətəndaşlarımıza atəşə tutub.
Hansı ki, ola bilər ümumiyətlə heç belə bir insident olmayıb və ya hərbi geyimdə atəş açanların bəlkə İran ordusu ilə heç əlaqəsi yoxdur? Ola bilər onlar hansısa bir terror təşkilatının nümayəndələridir, PKK-dır. Hakimiyyət öz uydurduğu qeyri obyektiv məlumatlarından ilhamlanaraq tədbir görməyə də başladı və öz özünə, İran tərəfinə heç bir xəbərdarlıq etmədən Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlayır.
Azərbaycan tərəfinin bu qəribə keçid bağlama addımının izahını İran tərəfi iki gün gözləyir və bu müddət ərzində qarşı tərəfə görüşüb baş verən anlaşılmazılığa aydınləq gətirilməsi üçün də müraciət edir ancaq Azərbaycan hakimiyyəti İrana yuxarıdan aşağı baxır deyə müraciətlərə əhəmiyyət vermir.
Azərbaycan hakimiyyətinin İrana qarşı bu cür davranışı heç gözlənilməz də deyil, çünki iki ölkə arasında belə nifaqları salan da elə əliyev rejiminin özüdür. Başqa necə ola bilər ki? Bununla
” Yazırlar ki, “İran hərbiçiləri Azərbaycan vətəndaşına hücum etdi, atəş açdı”, oxucuda elə təsəvvür yaratmağa çalışırlar ki, guya İran Azərbaycana hücum edir, hərbiçilər vətəndaşlarımıza atəşə tutub. “
belə, görün İlham Əliyev hakimiyyəti İrana nə dərəcədə yuxarıdan aşağı baxmağa öyrəşib ki, bu keçidin bağlanması ilə bağlı İran tərəfindən cavabın olmayacağını belə əminliyə sahibdir. Deyə bilmərik bu arxayınçılığa İran özü İlham Əliyevə nə dərəcədə əsas verib, ancaq dəqiqliklə demək olar ki, İlham Əliyev İranı öz gözündə çox kiçildib. Ancaq İslam Respublikası iki gündən sonra tədbir görmək məcburiyyətində qalaraq Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrini bağlayır. Nəticədə həm sərhəd-keçid məntəqələrində həm də ümumilikdə Azərbaycan cəmiyyətində böyük bir ajiotaj yarandı.
Yenə də mətbuat orqanları bu hadisədən öz qərəzli məqsədləri üçün istifadə etməyə başladı, hay küy qopdu ki, İran sərhəddi bağlayıb, yüzlərlə maşın və vətəndaşlarımız sərhəddi keçə bilmir, bir hissəsi İranda qalıb, digər hissəsi isə İrana getmək istəyir ancaq gedə bilmir. Bəzi mətbuat orqanları və deputatlar İranı hətta antiilsam mövqeyinə görə ittiham iddia edirlər ki, bu günlərdə İrana getmək istəyənlərin daha çoxu məhz dindar və mömin azərbaycanlılardır, ancaq İran dinə hörmət etmədiyi üçün onları sərhəddən buraxmır.
Əlbəttə bu ittiham həm çox axmaq ittihamdır, həm də qırmız böhtandır. Bundan başqa biz maraqlananda gördük ki, sərhəddi keçmək istəyən azərbaycanlıların tərkibi həmişəki kimi müxtəlifdir. Bu gün İran səfirliyi yaranmış problemlə bağlı açıqlama da yayıb və orda məsələyə aydınlıq gətirilib.
Azərbaycan hakimiyyəti isə İran tərəfindən gələn açıqlamalara heç bir reaksiya vermir, yerli mətbuat da İlham Əliyev hakimiyyətindən heç bir sorğu soruşmur.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button