ArxivXəbər lentiXəbərlər

Rusiyadakı qazax diasporu: ÜAK-ın ləğvi xalqlar arasında dostluğa kölgə sala bilər

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən Qazax diasporunun Moskva Fondu Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Bu barədə FaktXəbər-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məsələ ilə bağlı öz fikrini bildirməyi vacib sayan bəyanat müəllifləri qeyd edirlər ki, Rusiyada nüfuzlu ictimai təşkilatlardan biri kimi ÜAK-la yarandığı gündən əməkdaşlıq edilib. Təşkilat fəaliyyət göstərdiyi müddətdə xalqlar arasında dostluq ənənələrinin və Rusiya, eləcə də keçmiş ittifaqın digər respublikalarının xalqları arasında anlaşmanın qorunub saxlanılmasında, dövlətlər arasında konstruktiv əməkdaşlığın inkişafında maraqlı olub.

Rusiyanın Ali Məhkəməsi tərəfindən təşkilatın qeydiyyatının ləğv edilməsinin təəssüf doğurduğunu vurğulayan qazax diasporunun nümayəndələri bildirirlər ki, baş verənlərin arxasında postsovet məkanındakı dövlətlər arasında anlayışın qorunmasında maraqlı olmayan və Rusiya ilə Azərbaycan, ruslarla, azərbaycanlılar arasında münasibətlərə xələl gətirməyə çalışan qüvvələr dayanır.

Rusiyadakı qazax diasporunun nümayəndələri hesab edirlər ki, Rusiya vətəndaş cəmiyyətinin subyekti olaraq ÜAK-ın ləğvi məsələsi vətəndaş sektorunda əməkdaşlığa və xalqlar arasında anlaşmanın, dostluğun möhkəmlənməsinə kölgə sala bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button