ArxivXəbər lentiXəbərlər

Rusiyadakı hicab qadağasından şikayət ediləcək

Biz məhkəmələrin nüfuzunu mühakimə etmək niyyətində deyilik. Mardoviyalı insanlar öz haqlarını qanuni və hüquqi yolla müdafiə edəcək gücə sahibdirlər

Rusiya Federasiyasının Mardoviya muxtar respublikasında yaşayan müsəlmanlar, ölkədəki məktəblərdə tətbiq olunan hicab qadağasından Konstitusiya Məhkəməsinə şikayət edəcəklərini bildiriblər.

Cenubnews.com Rusiya məbuatına istinadən xəbər verir ki, Mardoviya müftisi Faqim Şafiev bildirib ki,”Bu məsələ ölkə gündəmindən düşmür. Mübahisələr ölkənin digər regionlarına da sıçrayacaq. Dolayısıyla məsələ ilə bağlı yekun qərar lazımdır.”

Keçən il Mardoviya hökuməti müsəlman qızların məktəblərə hicabla gəlmələrini qadağan etmişdi. Buna görə də müsəlman qızların hicabla məktəbə gəlməsi qadağan olundu.

2014-cü ilin oktyabrında Mardoviya respublikasının məhkəməsi və bu il fevral ayında Rusiya dövlət məhkəməsi, hökumətin bu qərarını qeyri-qanuni olaraq təsdiq etdi.

Müfti Faqim Şafiev qeyd etdi ki,”Biz məhkəmələrin nüfuzunu mühakimə etmək niyyətində deyilik. Mardoviyalı insanlar öz haqlarını qanuni və hüquqi yolla müdafiə edəcək gücə sahibdirlər. Onun üçün biz hüquqlarımızı sona qədər müdafiə etmək fikrindəyik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button