Arxiv

İran olmadan Suriya münaqişəsi həll edilə bilməz

İranlı millət vəkili deyib ki, Tehranın iştirakı olmadan Suriyada mövcud olan münaqişəyə son qoymaq üçün atılacaq bütün addımlar uğursuzluqla nəticələnəcək.

İran məclisinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədr müavini Mənsur Həqiqətpur bazar ertəsi günü deyib: “Cenevrə 1 konfransında qeyri dəqiq nəticələr əldə edən amerikalılar yəqinən Cenevrə 2 sülh konfransında da eyni səhvi edəcəklər və biz onların qətnamələrinin praktik olmadığını və halhazırki vəziyyət ilə uyğun gəlmədiyinin şahidi olacayıq.”

Suriya münaqişəsi haqqında ilk sülh konfransı BMT-nin dəstəyi ilə 2012-ci ilin iyun ayında İsveçin Cenevrə şəhərində təşkil edildi. İran bu konfransa dəvət edilməmişdir.

Millət vəkili amerikalıların Suriya münaqişəsində heç anlayışlarının olmadığını demiş və bildirmişdir ki, Vaşinqton hələ də İranın status və rolunu dərk etməyib.

Həqiqətpur əlavə edərək deyib: “İran Suriya münaqişəsinin həlli yolunda təyin edici rol oynayır və İran olmadan heç kəs Suriya münaqişəsinə son qoya bilməz.”

O həmçinin Suriya münaqişə tərəfləri arasında keçirilməsi nəzərdə tutlan sülh konfransında Səudiyyə Ərəbistanın iştirak etməsini tənqid edib.

O deyib: “Regionda xeyli sayda kamikadze döyüşçü yetişdirən və onları regionun müxtəlif dövlətlərinə göndərən Səudiyyə Ərəbistanı Cenevrə 2 sülh konfransında iştirak edəcək. Bundan əlavə Səudiyyə Ərəbistanı ABŞ layihə və planlarına sərf edə biləcək xeyli maliyyə mənbələrinə sahibdir.”

Həqiqətpur daha sonra qeyd edərək bildirib ki, Tehran keçirilməsi nəzərdə tutulan sülh konfransında iştirak etmək üçün təkid etmir. Ancaq əgər İran bu konfransda iştirak etməsə uduzan tərəf Qərb olacaq.

Şənbə günü Suriya baş naziri Vail əl Halqi İranın Suriyada mövcud olan münaqişəni həll etmək üçün nəzərdə tutulan konfransda iştikarını vacib hesab edib.

Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov cümə günü qeyd edərək bildirib ki, İran Suriya münaqişəsini həll etmək üçün nəzərdə tutlan beynəlxalq sülh konfransına dəvət edilməli idi. Çünki İran olmadan Suriya münaqişəsinin həlli çox çətin olacaq.

BMT-Ərəb Liqasının xüsusi nümayəndəsi Laxdar Brahimi cümə günü qeyd edərək bildirib ki, 22 yanvar tarixində Cenvrə yaxınlığında yerləşən Montreux şəhərində keçirilməsi nəzərdə tutulan Suriya sülh münaqişəsində İranın iştirakı ABŞ-ın mövqeyi səbəbindən hələ ki, qərara alınmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button