Xəbərlər

Ərdəbil ostandarı İran-Azərbaycan münasibətlərinin inkişafına təkid edib

Ərdəbil ostandarı Ərdəbildə səfərdə olan Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu ilə görüşdə Azərbaycan Respublikası KİV-ində İrana qarşı bəzi şeytanlıqların qarşısının alınmasını istəyib.

Məcid Xudabəxş Əlizadə ilə görüşdə deyib: Azərbaycan Respublikasında bəzi qeyri-hökumət qəzetləri və qələm sahiblərinin şeytanlıqlarının qarşısı alınmalı və bu istiqamətdə ciddi tədbirlər görülməlidir ki, iki tərəf arasında problem yaranmasın.
Ərdəbil ostandarı əlavə edib: ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi ilə hər iki ölkə xalqının rifahının daha artıq təmin edilməsinə nail olmaq olar.
Məcid Xudabəxş İran və Bakı arasındakı 380 kilometrlik müştərək sərhədin olmasına təkid edərək, Azərbaycan Respublikasının baş konsulundan istəyib ki, İran xalqı və rəsmilərinin xüsusilə də Ərdəbil ostanı əhalisinin sülh və dostluq müraciətini Azərbaycan xalqı və rəsmilərinə çatdırsın.
Xodabəxş azərilər tərəfindən İran vətəndaşlarına hörmət edilməsini vurğulayaraq, deyib: Azərbaycan rəsmiləri tərəfindən müştərək sərhədlərdə keçirilən hərbi manevrlərdə öncə və münasib ahəngdarlıqlar həyata keçirilməlidir.
Azərbaycanın baş konsulu- Əlizadə də Ərdəbil ostandarının sözlərini təsdiqləyərək, cari ildə İranda keçirilmiş prezident seçkisi, İran xalqının siyasi səhnədə əzəmətli iştirakı və onun dünya, xüsusən Azərbaycan medialarında işıqlandırılmasından razılıq edib və höccət-ül-islam Həsən Ruhaninin prezident seçilməsinin Azərbaycan Respublikasında rəğbətlə qarşılanmasının ikitərəfli əlaqələrin möhkəmlənməsi və genişləndirilməsinə səbəb olduğunu bildirib.
Azərbaycanın baş konsulu ölkəsinin rəsmilərinin qarşılıqlı əlaqələrin genişləndirilməsi və gücləndirilməsi istiqamətindəki proqramlaşdırmalarından xəbər verərək, əlavə edib: Mədəni və iqtisadi əlaqələrin genişləndirilməsi, sağlamlıq turizmi və sərgilərin keçirilməsi sahəsində münasib ikitərəfli həmkarlıq edilib və yaxın gələcəkdə bu məsələlərin genişlənməsinin şahidi olacağıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button