ArxivXəbər lentiXəbərlər

Rusiya və Türkiyə arasında S-400 müqaviləsi imzalandı

Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemi almaq üçün depozit verdiklərini bildirən Ərdoğan isə almaq üçün qərarlı olduqlarını vurğulayıb.
qafqaz.ir İslamazeri.com-a xəbər  istinadina gore, Rusiya Prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə müşaviri Vladimir Kojin Rusiya və Türkiyənin S-400 raket sistemlərinin göndərilməsi haqqında müqavilə imzaladıqlarını və kontraktın həyata keçirilməyə başlayacağını bildirib.

Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemi almaq üçün depozit verdiklərini bildirən Ərdoğan isə almaq üçün qərarlı olduqlarını vurğulayıb.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da Rusiya ilə imzaların atıldığını Qazaxıstandan qayıdan vaxt təyyarədə jurnalistlərə verdiyi açıqlamalarda bildirmişdi. Kojin TASS-a verdiyi açıqlamada, “Müqavilə imzalanıb həyata keçirilmək üçün hazırlanır. S-400-ün ən çətin sistemlərdən biri olduğunu bilirsiniz. Buna görə də burada əhəmiyyətli bir nöqtə var”,- deyib.

Kojin sözlərinə belə davam edib: “Sadəcə bu müqavilə ilə bağlı qəbul edilən bütün qərarların qəti olaraq strateji maraqlarımıza uyğun gəldiyinə zəmanət verə bilərəm. Bu səbəbdən də Türkiyəyə təzyiq göstərməyə çalışan bəzi qərbli ölkələrin etirazlarını başa düşürük.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button