ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya rəsmisi İrəvan hava limanından rus sərhədçilərinin çıxarılmasına münasibət bildirib

Rusiyanın dövlət rəsmisi İrəvan hava limanından rus sərhədçilərinin çıxarılmasına münasibət bildirib.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu barədə deyib ki, Moskva Ermənistan hakimiyyətindən rus sərhədçilərinin İrəvanın Zvartnots hava limanından çıxarılması ilə bağlı departament məktubu alıb və hazırda şöbələr arasında əlaqələr qurulur.

Rusiya sərhədçilərinin Ermənistandakı Zvartnots beynəlxalq hava limanından çıxarılması məsələsi 2024-cü il martın əvvəlində müzakirə olunmağa başlayıb. Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Vladimir Vardanyan qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır.

Paşinyan isə dünən keçirdiyi mətbuat konfransında Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması məsələsinə toxunarkən deyib ki, Ermənistan Sərhəd Xidməti böyük təcrübə toplayıb və paytaxt İrəvanın “Zvartnots” hava limanında müstəqil şəkildə nəzarəti həyata keçirə bilir.

Onun sözlərinə görə, Ermənistanın müvafiq qurumları Rusiyaya rəsmi məktub göndərərək, dəstək olduqlarına görə onlara minnətdarlıqlarını bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button