ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya hakimiyyəti bu versiyaya inanmır

Bu məlumata əsasən, “Reuters”, “France 24”, “CNN” və “Al Arabiya” terror təşkilatının özünün bəyanatına istinadən İŞİD-in terakt müəllifi olduğunu yazıblar.

“Washington Post” ABŞ rəsmisinə istinadən yazıb ki, ABŞ-ın İŞİD-in iddiasına “şübhə etmək üçün heç bir əsası yoxdur”.

Moskvanın özündə isə İŞİD-in bəyanatına məhəl qoyulmur, Qərb mediası saxta xəbərlər yaymaqda ittiham olunur. Rusiya mediasında üç versiya irəli sürülüb:

1) “Ukrayna versiyası” – Senator Viktor Bondarev RİA Novosti-yə bildirib ki, o, hadisəni Ukrayna tərəfdən təxribat hesab edir. Həmçinin ehtimal edilir ki, “terror aktının icrası Rusiyanın İslam dünyası ilə münasibətlərini korlamaq üçün qafqazlılara həvalə edilib”. 2) Bəzi mənbələr terror aktını Rusiya Könüllülər Korpusu ilə əlaqələndirir.

3) Rusiya Federasiya Şurasının üzvü Andrey Klişas qeyd edib ki, Moskvadakı terror aktı Qərb kəşfiyyat xidmətlərinin Rusiyaya qarşı müharibəsinin tərkib hissəsidir. İki həftə əvvəl ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyi yaxın gələcəkdə Moskvada terror aktları təhlükəsi barədə xəbərdarlıq edib. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Kirbi mətbuat brifinqində çıxış edərək deyib: “Hazırda bu xəbərdarlığın və bu hücumun nə dərəcədə əlaqəli olduğu bilinmir. Lakin ABŞ-ın bu ayın əvvəlində Moskva və onun ətrafında terror aktının baş verməsi ehtimalı ilə bağlı bəzi narahatlıqları var idi”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button