ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rusiya Ermənistanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir

Moskva İrəvanın Rusiya prezidentinə qarşı həbs qərarı fonunda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir.

Qafqaz Həqiqətləri xəbər verir ki, Bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
O, Ermənistan tərəfinə İrəvanın ikitərəfli münasibətlər üçün mümkün addımlarının “son dərəcə mənfi” nəticələri barədə xəbərdarlıq edildiyinə də diqqət çəkib.
Qeyd edək ki, martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi qərar dərc edib. Qərarda respublikanın BCM-nin Roma Statutunda təsbit olunmuş öhdəliklərinin ölkənin əsas qanunlarına uyğunluğu vurğulanıb.
Xatırladaq ki, martın 17-də BCM Rusiya Prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqların qanunsuz deportasiyası ittihamı ilə həbsinə order verib.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button