ArxivXəbər lentiXəbərlər

Rusiya Ermənistandakı hərbi bazasını genişləndirə bilər

Rauf Mirqədirov: “Rusiya Cənubi Qafqazda hərbi təmsilçiliyini genişləndirməkdə maraqlıdır”

Rusiya Ermənistanda yerləşən hərbi bazasını gələcəkdə genişləndirə bilər.

“News.am” saytının yazdığına görə, bu barədə Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin məlumat verib.

“Xarici işlər naziri Sergey Lavrovun Ermənistandakı 102-ci hərbi bazanın İŞİD-lə mübarizə aparmağa hazır olduğu bəyanatına gəldikdə, nazir səfirdən daha yaxşı bilər” – deyən səfir vurğulayıb ki, hərbi baza Ermənistanın təhlükəsizliyini təmin etmək, həmçinin digər məsələlərin həlli üçün burada mövcuddur:

“Yəqin ki, hər hansı qarşılıqlı razılaşma əsasında hərbi baza genişləndirilə bilər”.

Rauf Mirqədirov
Rauf Mirqədirov.

Siyasi icmalçı Rauf Mirqədirov Ermənistandakı hərbi bazadan İŞID-la mübarizəyə istifadə olunmasının mümkünlüyünə inanmır. Onun fikrincə, həmin hərbi bazadan İŞID-a qarşı mübarizə, ilk növbədə, Ermənistanın maraqlarına cavab vermir:

“İŞID-ın təhdid etdiyi Türkiyənin Ermənistanla sərhədi qapalıdır. Rusiya bu sərhədi qoruyur. Beləliklə, Türkiyə vasitəsilə İŞID-çıların Ermənistana keçməsi qeyri-mümkündür. Digər tərəfdən, İŞID-çılar Orta Asiyadan MDB məkanına keçə bilərlərsə, niyə Ermənistanı seçsinlər?! Rusiya Suriyadakı terrorçuları hədəfə alanda Ermənistandakı Gümrü hərbi bazasından istifadə etmədi. Görünür ya Ermənistan özü bunu istəmir, yaxud hərbi bazanın texniki parametrləri Suriya terrorçularını vurmağa yetərli deyil”.

Rauf Mirqədirovun sözlərinə görə, Rusiya Cənubi Qafqazda hərbi təmsilçiliyini genişləndirməkdə maraqlıdır. Bunun səbəblərindən biri Türkiyəylə yaşanan problemlərdir:

“Ankara-Moskva münasibətlərindəki son illərdəki olaylar göstərdi ki, perspektiv hədəflər strateji hədəflərə köklənmiş olmaya bilər. O cümlədən, İran ətrafındakı hadisələr də Rusiyanı narahat edir. Trampın son açıqlamaları onun Obama administrasiyasının İran siyasətini davam etdirməyəcəyini təsdiqlədi. Yaxud Trampın Suriyaya münasibəti də tamamilə fərqlidir. Ümumiyyətlə, hərbi münaqişədən qaçmaq Trampın xarici siyasətinin prioriteti deyil. Ona görə Rusiya Cənubi Qafqazda hərbi təmsilçiliyini gücləndirməyə çalışacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button