ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rus ordusu Mariupol limanını ələ keçirib

 bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov bildirib.

O, limanın “Azov” yaraqlılarından tamamilə təmizləndiyini söyləyib.

Rusiya Müdafiə Nazirliyi bundan öncə “Azov” döyüşçülərinin mühasirədə olduğu barədə xəbər yaymışdı.

Konaşenkov qeyd edib ki, – onun ifadəsi ilə desək – nasistlərin limandakı gəmilərdə saxladıqları bütün girovlar, o cümlədən xarici gəmilər azad edilib.

Generalın sözlərinə görə, Ukrayna qoşunlarının və Azov nasistlərinin şəhərdəki bölmələrinin qalıqları bloklanıb və mühasirədən çıxmaq imkanları yoxdur.

Hərbi təhlilçilərin dediyinə görə, Mariupoldan sonra əsas diqqət Donbasa yönəldiləcək və Rusiya 9 may qələbə günü gəlib çatanadək Donbasdakı hər iki qondarma respublikaya nəzarəti öz əlinə keçirsin. 

Hər iki tərəfdən təqribən 250 min nəfərdən artıq döyüşçünün bir yerdə cəmləşməsi vəziyyətin nə qədər gərgin olduğundan xəbər verir.

Rusiya qoşunlarının Donbasda genişmiqyaslı döyüşünün məqsədi – Ukrayna Silahlı Qüvvələrinin daha çox döyüşə hazır olan birləşmələrinin və hissələrinin məhv edilməsi, Kiyev hökumətinin qələbəsi barədə virtual reallığın dağıdılması və Rusiya Silahlı Qüvvələrinin Ukraynada qarşı hərbi əməliyyatının başa çatdırılmasının müddətinin müəyyən edilməsidir.

Rusiya prezidenti Vladimir Putin aprelin 12-də Ukraynada xüsusi əməliyyatın “düzgün addım olduğunu, başqa seçimin olmadığını, məqsədlərə nail olunacağını” təsdiqləyib. Və vurğulayıb: “Ukraynanı anti-Rusiya əməliyyat meydanına çevirməyə və orada uzun müddətdir mövcud olan millətçilik və neonasizmi yetişdirməyə başladılar”.

Bu arada Rusiya iddia edir ki, Ukrayna ordusunun iki raket-artilleriya anbarı, “Dnepr” aerodromunda MiQ-29 qırıcısı, Mi-8 helikopteri və “Bayraqdar” PUA-sı məhv edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button